manera.az
manera.az

Səbr etdik Rafiq Tağı, Vaqif Səmədoğlu getdi... - MANERA.AZ

Səbr etdik Rafiq Tağı, Vaqif Səmədoğlu getdi... - MANERA.AZ
Cavanşir Muradov yazır...

Darıxan ədəbiyyat


Bir də yağışın göylərdən yerləri suvardığı günlərdə facebook-da eşq sözləri yazanları sevirəm.

Gözəl...

İsti yay günlərindəki pendir, çörək, qarpız şəkillərini, ömründə heç oxumayıb,kitabla tək əlaqəsi yerində durmayan oturacağı tarazlamaq olan yalnız sosial şəbəkələrdən oğurlayıb paylaşan insanlar var.

Şirindilər...

Yaxud səhər-səhər şirin çayı acı günlərin sağlığına içən insanlar var. Adam kimi adamlar. Yeni bir düstur yaranır ədəbiyyatda.

Şairlər+yazarlar=darıxanlar.

“Allah haqqı darıxıram Qayıt gəl”-deyib darıxan biri var.
SOS !!!

Ədəbiyyat darıxır...

Əsəd Qaraqaplan “Sonralar daha çox yalnız” qalanda Şəhriyar Del Geranı “Darıxmağın adı” nı kəşf etdi.

Fələk öz qırmancını Qan Turalıya vurmaq istəyəndə Mirmehdi Ağaoğlunun səsi pıçıldadı qulaqlarda; “Bir gün səbr elə”!

Səbr etdik, Rafiq Tağı getdi...

Vaqif Səmədoğlu getdi…

Dünən Əli Kərimin şeirlərini söyləyən radyolar indi arıqlamaqdan danışır. Nobelə həsrət qalsaq da səbr etməkdə bir nömrəyik ustad...

Beləcə darıxdı ədəbiyyat. Hələ də darıxır, darıxır...

Şeirlər darıxır, hekayələr darıxır. Nəmişliyin kifli qoxusu gəlir kəlimələrdən, sözlərdən, cümlələrdən...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930