manera.az
manera.az

Hara getdi uşaqlığım?.. - Rüzgar Mövsüm MANERA.AZ

📅 01.08.2016 12:10

Hara getdi uşaqlığım?.. - Rüzgar Mövsüm  MANERA.AZ
Rüzgar Mövsüm

***
Hara getdi uşaqlığım?
Yazıq doyunca gülmədi.
Diri-diri yandırdılar,
adam kimi də ölmədi.
Çəkdilər çarmıxa onu,
İsa zülmü yalan oldu.
Kobud əllər, qırış gözlər.
Qalan ancaq bunlar oldu.
Ağlamağa qoydunuz ki?
Heç əməlli gülmədi ki.
Hara getdi uşaqlığım?
Sizə bir söz demədi ki?
Elə getdi, heç bilmədim
var idimi, yox idimi?
O qayğısız uşaqlığım
Gerçək idi, yuxuydumu?
Hara getdi uşaqlığım?
Bəlkə gedib nənəmgilə?
Babam da fəxrlə baxır
mənə yenə gülə-gülə.
Mürgülüyəm qucaq üstə,
anam layla deyir mənə.
Atam, anam, babam, nənəm
hamısı sağdılar hələ…
Uşaqliğim


Baxış sayı - 2 650 | Yüklənmə tarixi: 01.08.2016 12:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031