manera.az
manera.az

Mövlud… Mövlud… - Kamal Abdulla yazır/ MANERA.AZ

📅 16.03.2017 21:50

Mövlud… Mövlud… - Kamal Abdulla yazır/ MANERA.AZ


Kamal Abdulla Mövludun intiharından yazıb...

On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir.

On yeddi saniyə… Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin — heç kim bəlkə də bilməyəcək.

Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.

Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.

Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin, sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.

Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.

Arxanca baxıram və sən hələ də uçursan.

Mövlud… Mövlud…

MANERA.AZ


Baxış sayı - 1 842 | Yüklənmə tarixi: 16.03.2017 21:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031