70 yaşın sevgi şeirlərini yazan Yafəs Türksəs...
Tural Sahab
Postmodernizmə görə bu dünyada nə qədər insan yaşayırsa, o qədər də doğru var. Yəni, hər kəsin düşündüyü- dediyi, yazdığı, çəkdiyi hər şey doğrudur, sənətdir. Heç bir qayda-qanunu qəbul etmir bu ədəbi cərəyan. O isə hər kəsin öz doğrusunun olduğu yerdə doğru yoxdur, xaos var. Düşünürəm ki, bu cərəyan ən çox istedadı olmayan insanların işinə yarayır. Mənası belə anlaşılmayan bir neçə sözü arda- arda yazmaqla və ya heç kimin nə olduğunu anlamadığı qarmaqarışıq rəsm əsərlərini postmodernist əsərlər kimi təqdim edilir. Digər tərəfdən posmodernistlər heç bir milli, mənəvi dəyər tanımır, ədəbiyyatın tərbiyə edici funksiyasını lazım bilmirlər.
Ədəbiyyat bunlardan ötrü yalnız və yalnız oxucunu əyləndirməli və onlar kimi düşündürməlidirlər. Hər birinin öz doğrusu olduğu kimi özlərinə hər kəsi tənqid etmək hüququ verir, ancaq bunlara olan tənqidlərə çox dözümsüz yanaşırlar. Bunlar kimi düşünməyənləri isə “mentalitetçi” adlandıraraq ağzını açmağa imkan vermirlər. Ən böyük sloqanları azad söz və azad düşüncə olsa da, özləri kimi düşünməyən insanları ədəbiyyat adamı kimi görmək istəmirlər. Azad seksdən yazan sıradan biri saytlarda yayımlanır, ancaq çox böyük imzaları sırf fərqli düşünür deyə “vururlar”.
Bir də postmodernizmi həyatlarına, daha doğrusu öz istədikləri həyatı postmodernizm adı altında yaşamaq istəyənlər var. Məsələn: 70 yaşın sevgi şeirlərini yazdığını söyləyən Yafəs Türksəs!
Yafəs müəllim efirdən evli bir qadına eşq təklif etdi. Və həm özünün, həm də o xanımın postmodernist olduğunu və belə şeylərin normal olduğunu söyləyir hər fürsətdə. İndi siz düşünün bu cür cərəyanı mən necə qəbul edə bilərəm?
Ancaq nə yazıq ki, ekranlarda gördüyümüz simalar əsasən bu cür düşünən insanlardı. Bütün milli-mənəvi dəyərləri mentalitet, bu dəyərləri dəstəkləyənləri də mental xəstələr deyə qaralamaq olmaz axı?!
Seymur Baycanın sonuncu hekayəsi “tikdirənlər və sökdürənlər” di səvh etməsəm. Söhbətin nədən getdiyini deməyə belə həya edirəm. Böyüklərin dediyi kimi “ ədəb ya hu ....” deyim sadəcə. Bu ardıcıllıqla getsə, Seymur bəyin növbəti hekayəsinin adını təxmin belə etmək istəmirəm....
İstər Baycan istərsə də Günel Mövlud dəfələrlər qadın cinsi orqanından yazılar yazıb, onu ədəbiyyata gətirməyə çalışıblar. Etiraz edənlər də olur mental xəstə. Bəli, mən bu cür yazılara, belə ədəbi əxlaqsızlığa etiraz edirəm.
Bir dəfə Gənc ədiblər məktəbinin toplantılarından birində mənə söz verdilər. Elə ağzımı açıb, söz demək istədim. Bəhs etdiyim mövzudan. Rəşad Məcid müəllim konkret ad söyləməmi istədi. Mən də Günel Mövlud dedim. Bəy Güneli o qədər təriflədi ki, bilmədim bu erməni mətbuatına müsahibəsində ölkəmizi, millətimizi pisləyib, Almanyaya qaçan Güneldimi?!
Burada da mentalitetçi adlandırıldığım üçün, zalı toplantı bitmədən tərk etdim..
Manera.az