manera.az
manera.az

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ


Bu gün Milli ədəbiyyatımızın nəhəng simalarından biri Azərbaycanın görkəmli mütəfəkkiri, maarifçi realist Mirzə Cəlilin doğum günüdür (1869-1932).

Qeyd edəki, Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu ilin 22 fevralında Naxçıvan şəhərində anadan olub. Mirzə Cəlilin uşaqlığı Naxçıvan şəhərinin Şahab məhəlləsində keçib. Əvvəlcə mollaxanada, sonra şəhərdəki üçsinfli Naxçıvan ibtidai məktəbdə təhsil alıb.Mirzə Cəlil 1882-ci ildə Zaqafqaziya müəllimlər seminariyasının tələbələri sırasına daxil olub. Beş il sonra müəllimlik fəaliyyətinə başlayıb. 10 il müəllim kimi çalışandan sonra, hüquq idarələrində dilmanc, vəkil vəzifələrində işləyib. Ancaq bu sahələrdə fəaliyyətini uzun müddət davam etdirə bilməyib. Çünki o, yazmaq istəyirdi. İlk məqalələrini “Kaspi”, “Kafkaz” qəzetlərində çap etdirir. Sonralar “Vozrojdeniye”, “Kavkazskiy raboçiy listok” “Şərqi-Rus” kimi qəzetlərdə çalışır. 1905-ci ildə yaxın dostu Ömər Faiq Nemanzadənin köməkliyi ilə “Qeyrət” mətbəəsini satın alır və bir il sonra aprel ayının 7-də “Molla Nəsrəddin” jurnalı çap olunur bununla da Mirzə Cəlil, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Jurnal müxtəlif fasilələrlə 25 il fəaliyyətini davam etdirir.
C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı."Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

Publisistika ilə bərabər Cəlil Məmmədquluzadə həm də yazıçılıq fəaliyyəti ilə də məşğul olub.Hekayə və povestləri, dram əsərləri, məşhur “Ölülər” komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. “Anamın kitabı”, "Dəli yığıncağı" ,, "Çay dəstgahı" "Kişmiş oyunu" , "Danabaş kəndinin əhvalatları", Poçt qutusu” kimi əsərləri ədəbiyyatımızın dəyərli nümünələri sırasındadır.

Mirzə Cəlilin əsərlərinin əsasında “Poçt qutusu”, “Qəm pəncərəsi”, “Pirverdinin xoruzu”, “O dünyadan salam”, “Nigarançılıq”, “Sirkə” filmləri çəkilib.

Mirzə Cəlil uzun sürən xəstəlikdən sonra 1932-ci il yanvar ayının 4-də 63 yaşında Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Turan Etibaroğlu
MANERA.AZ

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ

Cəlil Məmmədquluzadə oğlu Midhət ilə, 1916-cı il

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ

Cəlil Məmmədquluzadə bir qrup Azərbaycan ziyalısı ilə birgə.

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ

“Molla Nəsrəddin” jurnalının üz qabığı

Ustad Mirzə Cəlilin bu gün doğum günüdü/MANERA.AZ

Mirzə Cəlilin xanımı Həmidə xanım Cavanşir və övladları Mirzə Cəlilin tabutu öndündə ,1932-ci ilБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930