Tanınmış bəstəkarın doğum günüdür... |MANERA.AZ
![]()
MANERA.AZ
Bu gün tanınmış bəstəkar, Azərbaycan və SSRİ Xalq Artisti Arif Məlikovun doğum günüdür.
Arif Məlikovun əsərləri beynəlxalq festivalların proqramlarına daxil olunur. Bir çox musiqi kollektivləri, dünyanın məşhur orkestrləri onun simfonik və musiqili-teatr yaradıcılığına müraciət edir.
Nazim Hikmətin eyniadlı dramının süjeti əsasında yazılan “Məhəbbət əfsanəsi” baleti ona xüsusi populyarlıq qazandırıb.
Arif Məlikov baletə dünyanın müxtəlif səhnələrində 65 dəfədən çox quruluş verilib.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.