Müasir Mərkəzi Asiya və Qafqaz Mərkəzinin və Humanitar Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə fevralın 23-də Londonda “Uzun yollar” sənədli filmi nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yer alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş bu filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından qovulmuş insanların həyatından söz açılır. Sənədli filmin rejissoru Eldəniz Elgün, ssenari müəllifi Humanitar Tədqiqatlar İctimai Birliyinin direktoru Əvəz Həsənovdur.
Film Londonda Şərq və Afrika Tədqiqatları Məktəbinin (SOAS University of London) əsas binasında nümayiş etdiriləcək.
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.