manera.az
manera.az

Londanda xalq yazıçısının əsəri əsasında musiqili teatr nümayiş etdiriləcək MANERA.AZ

📅 26.09.2015 10:53

Londanda xalq yazıçısının əsəri əsasında musiqili teatr nümayiş etdiriləcək MANERA.AZ
Oktyabrın 9-da Britaniyada fəaliyyət göstərən "Alov" teatrının təşkilatçılığı ilə Londonda Xalq Yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesi əsasında hazırlanmış "Gecə yarısı" adlı musiqili tamaşa nümayiş etdiriləcək.

Tamaşanın rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Rollarda Nick Hayes, Thomas Sutcliffe, Greg Castiglioni, Kiara Jays, Jenny O'Leary kimi məşhur aktyorlar iştirak edəcəklər.

Bu səhnə əsərindəki hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.

Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: "Görəsən, biz də cəhənnəm sakinləriyik?!"


Baxış sayı - 1 739 | Yüklənmə tarixi: 26.09.2015 10:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930