manera.az
manera.az

"Tanrıya istinadla" Turan Tural yazır |MANERA.AZ

📅 19.01.2017 11:30

"Tanrıya istinadla" Turan Tural yazır  |MANERA.AZ
Tanrıya istinadla...

Qadın sözünün kökü ip,
Əvvəli ipək, sonu iplik...
Böyüyəni, böyüyə bilməyəni var.
Otuz il, qırx il yorğanını uşaqlıq gəlinciyi ilə bölüşənlər
Anaların tanrıdan aldığı “qara kağız”ları.
(Barışdılar bu “ad”la,
Tanrıya istinadla...)
Nə dilləri oldu, nə ağızları...

Platformaları belə olmadı,
Bütün seçkiləri uduza-uduza gəldilər.
Elçi daşları Berlin divarları oldu onlara,
Onlar da ayrı bir “klik”.
Hər zurna səsinə öldülər ilik-ilik,
hörüldülər divar-divar.
Üç həftə sonra öyüyüb
ər sevindirmək qismət olmadı bu çalsaçlara;
Ağ simlər çəkildikcə qulaclara
...Layla dedikləri hər nəydisə
beşiklərinin sinə daşına döndü,
daş asılmış bətnləri boş qəbirlərə...

Qonşudan –qonşuya
gəlinliklərə baxıb gülənlər
qəbirlərinin beş metrliyində
Gəlinciklərinə baxa-baxa öldülər...

Qadın sözünün kökü ip,
Əvvəli ipək, sonu iplik...




Baxış sayı - 1 767 | Yüklənmə tarixi: 19.01.2017 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031