manera.az
manera.az

27,1 milyon dollarlıq “Qadın başı” _MANERA

📅 12.02.2016 11:53

  27,1 milyon dollarlıq “Qadın başı” _MANERA

Pablo Pikassonun “Qadın başı” adlı rəsm əsəri “Sotheby's” satış evinin Londonda keçirilən impressionizm və modernizm əsərlərinin axşam hərraclarında ən bahalı lot olub. Satış evinin nümayəndəsi əsərin 18,9 milyon funt sterlinqə (27,1 milyon dollar) satıldığını bildirib.

MANERA.AZ xarici mətbuata istinadla xəbər verir ki, 16-20 milyon funt sterlinq arası qiymətləndirilən əsərdə rəssamın hamilə sevgilisi Mariya-Tereza Valter təsvir olunub.

Klod Monenin 1908-ci ildə çəkdiyi və 12-18 milyon funt sterlinq arası qiymətləndirilən “Venesiya peyzajı” əsəri hərracda öz alıcısını 11,6 milyon funt sterlinqə tapıb. Monenin Venesiya rəhbərlərinin sarayının təsvir edildiyi əsərlər seriyası və digər rəsmləri bir çox məşhur muzeylərdə, həmçinin Nyu-Yorkdakı “The Metropolitan” muzeyində nümayiş olunur.

Anri Matissin 12-18 milyon funt sterlinq dəyərində qiymətləndirilən “Fortepiano dərsi” əsəri isə hərracda 10,8 milyon funt sterlinqə satılıb. Bu əsər 89 il ərzində Britaniyada şəxsi kolleksiyada saxlanılıb.


Baxış sayı - 1 628 | Yüklənmə tarixi: 12.02.2016 11:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031