manera.az
manera.az

“Mahmud Kaşqari” müsabiqəsinin qalibləri mükafatlandırıldı

📅 02.12.2016 18:00

“Mahmud Kaşqari”  müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Mahmud Kaşqari” mükafatlarının təqdimat mərasimi keçirilib.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid hekayə müsabiqəsinin artıq dördüncü dəfədir keçirildiyini bildirib. O deyib ki, qaydalara uyğun olaraq müsabiqədə türkdilli ölkələr üzrə qaliblər müəyyənləşdirilir və beynəlxalq müsabiqəyə göndərilir. R.Məcid müsabiqəyə 30-dan artıq hekayənin təqdim olunduğunu və münsiflərin rəyi əsasında üç qalibin müəyyənləşdirildiyini bildirib.

Müsabiqədə birinci yerə Təranə Vahidin “Mən toz dənəsiyəm”, ikinci yerə Cavid Zeynallının “Düşərgəyə adam gəlib”, üçüncü yerə Rəşid Bərgüşadlının “Qara buludlar” hekayələri layiq görülüb.

Mükafatlar sahiblərinə təqdim olunub.


“Mahmud Kaşqari”  müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Mahmud Kaşqari”  müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Mahmud Kaşqari”  müsabiqəsinin qalibləri mükafatlandırıldı


Baxış sayı - 1 495 | Yüklənmə tarixi: 02.12.2016 18:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031