Bu sevgiyə üç nöqtə qoy ... - ŞEİRLƏR |MANERA.AZ
Tural Cəfərli
Sənsiz
Oxuduğum heç bir kitab,
Yazdığım heç bir şeir,
Sənin yoxluğunu unutdurmur.
Zamanın boşluğunda
Sənsizliyə doğru
Yol almışam.
Bilirsən,
Sevdiyin mahnıları,
əzbərlədiyin şeirləri,
indi təsəlli kimi
istifadə edirəm.
Sənə aid nə varsa,
Yaddaşımdan yuyuram.
Düzün desəm özümü
Səndən öncə unuduram...
Unutmaq
Bax, görürsənmi
Hər şey yoluna düşür.
Daha qorxmursan qaranlıqdan,
Öyrəşmisən zəng gəlməyən telefona,
Yuxu dərmanı atmadan da yatırsan...
Indi yağış adi təbiət hadisəsidi,
Qar yumuşaq nəsədi,
Külək şəhərin tərgidə bilmədiyi vərdişdi...
Gecələr yatmaq üçündü,
Mahnılar da boş vaxtların məhsuludu...
Daha hər şey dəyişib,
Hər şey bir az boz rəngdədi.
Görürsən, sənə demişdim axı,
Bir gün hər şey bitəcək.
Çətini unutmaqdı,
Sonrası düzələcək...
Tənhalıq
Əgər oyaqsansa,
Gecə saat 2-dirsə.
Və yuxu səndən küsübsə,
Heç də üzülmə buna,
sadəcə onu bil ki,
Küçədəki it kimi,
Damdakı pişik kimi,
Gecə uzundur daha,
Çünki sən də onlar kimi,
Tənhasan, tamam tənha...
Səndən sonra
Səndən sonra,
Zaman əleyhimə işləyir.
Ölmək çox ucuz olub ,
yaşamaq isə baha.
Ev də soyuyub bir az,
Axtaranım yox daha...
Səssizliyə qapılmışam,
Evdən çölə çıxmıram.
Uzaqlardan qorxuram,
Pəncərədən baxmıram...
Səni xatırladan hər şeyi,
Çox sevirəm özümdən.
Hərdən çox utanıram,
Tez düşürəm gözümdən...
Solmuşam,rəngim sarı,
Saçım da tökülübdü.
Oğlu ölən ata tək,
Belim də bükülübdü...
Qırıq səslə, uzaqdan,
Qəlbim səni çağırdı.
Nə gizlədim yaşamaq,
Sənsiz yaman ağırdı...
Kədərin nömrəsi
Zəng elə,
bir kədərin nömrəsini yığ bu gecə...
Soruş necədir halı,
Nə bişirir, nə yeyir,
Unutmağı bacarırmı...
Danış, sözlərin işıq olsun,
Aydınlatsın bir otağı,
Yola sal,qayıtmasın,
Bu otaqdan yalnızlığı.
Ümid vermə bircə ona,
Pis öyrəşir sonra buna...
Zəng elə,
Bir kədərin nömrəsinə,
Həsrət qalıb neçə vaxtdı,
Gülüşünə, nəfəsinə, səsinə...
Yalnızlar
Yalnızlar yağış kimi,
Şəhərə yağır indi.
Bu sevgini unutmaq,
Hər şeydən ağır indi...
Payızın xəzanında,
Əllərim yarpaq kimi.
Uzaqdasan soyuqdu,
Qəribəm torpaq kimi...
Gərək bunu biləsən,
Sevgi ötəri deyil.
Bir də geri qayıdan,
Durna qatarı deyil...
Yoxluğun
Sənin yoxluğun
Mənfi neçə dərəcədi?
Ayrılıq havasında
Məndən soruş deyim sənə,
Nəfəs almaq necədi...
İndi sənsiz darıxanlar
Cərgəsinə qoşulmuşam...
Yoxluğunun ad gününü qeyd edirəm,
Səni gözləyirəm bayaqdan.
Həsrətin şirinlik gətirsin deyə,
İki dilim tort kəsmişəm ayrılıqdan....
Sənin üçün adi təqvim,
Mənim üçün son gecədi...
Sənə yazdığım şeirlərin birindən,
Lap kədərli olanından-
asacam özümü,
Şahid olacaq intahara sözlərim.
Bir ümidin əllərindən yapışıb,
Xəyalını axtaracaq gözlərim.
Sabah tüstüsü çıxacaq bu odun,
Mərhum qoyacaqlar adımı.
Yəqin sən də duyarsan,
Bu məişət qayğılarından,
Az da olsa uzaqlaşıb,
Axır ki mənim haqda,
Bir xəbər oxuyarsan...
İlk görüş
Sənə gedən yolda,
İtkin düşən ümidlərim,
Axtarışa verilib...
Bu gün xəbər gəlib ki,
Onlar qalıb hələ də,
İlk görüşdüyümüz yerdə.
Sən bilmədin
Sən bilmədin,
bilmədin ki,
məhəbbətin üzünə
qapını bağlayanda,
xoşbəxtlik də
bayırda qalır...
Kədər evinə girir,
Həsrət yatağına uzanır,
Xəyalların çay kimi,
süfrəyə gəlir...
Sən bilmədin ki,
ürək bir dəfə sevir,
bir dəfə aldanır,
bir dəfə də dayanır...
Sən bilmədin,
bilmədin ki,
ölüm da gizlənqaç kimidi,
tapacaqdı səni nə vaxtsa,
növbə sənə də gələcək,
sakit baxıb susacaqsan,
sən də bu oyunda uduzacaqsan...
Uzaqdasan
Sən uzaq bir şəhərdə,
Kirayə qaldığın evdə,
Gündəlik məişət qayğıları ilə
Qucaqlaşıb yatırsan...
Xırda qüsurlarını
gizlətmək əvəzinə,
Hər gün poçta gedirsən,
Məktub yazıb göndərirsən,
Naməlum bir ünvana,
Adsız bir küçəyə...
Bəlkə də utanırsan,
Ya da lap darıxırsan,
Gecələri ağlayıb,
Günahkar axtarırsan...
Ən acısı budur ki,
Hər gün bir az da olsa,
Sevdiyin tərəfindən
Soyuqqanlı şəkildə,
Səssizcə unudulursan...
Tərk edilmiş
Və sənsiz ən qəmli mahnılar da,
Özünü yalqız bilər.
İçkili halda şeir yazar sənə biri,
Gah ağlayar, gah gülər...
Kədərlə qucaqlaşıb,
Bir siqaret də çəkər.
Sonra bütün hirsini,
Güzgüyə baxıb tökər.
Köynəyi qırış olar,
Şalvarı da ütüsüz.
Saçları daranmamış,
Ayaqqabası çirkli,
Siqaretdən saralmış,
Ağzında bütün dişi.
Necə kədərli olur,
Tərk edilmiş bir kişi...
1 nömrəli yara
Görüşmərik bir daha,
Ümid hara, mən hara?
Nömrəni də bilmirəm,
İmkandısa sən ara,
Vaxtını çox almaram,
Səni işə salmaram.
Hər şeyi unudaram,
Ünvanını,evini.
Ancaq soruş
hər an deyim,
Gözlərinin rəngini.
Səsini eşitmərəm,
Nəfəsini duymaram.
Özgə qisməti olan,
Ay 1 nömrəli yaram...
Qızım üçün
Sən dünyaya gəlişinlə,
Dünyamı təzələdin.
Ümidsiz günlərimi,
İşığa qərq elədin.
Evimizi isitdin,
Nə xoş ki bizə gəldin.
Məni bu gənc yaşımda,
Xoşbəxt ata eylədin.
Bu ən böyük səadət,
Ən böyük mükafatdı.
Xoşbəxtliyin əsası,
Qız atası olmaqdı.
İndi mənim ömrümə,
Gəlib çiçəkli bir yaz.
Sən ömrümün mənası,
Balaca qızım Bəyaz.
Sən olduğun yerin adı uzaqdı,
Darıxmaqdı indi sənsiz buralar.
Düşünməklə bir gecəni səhərə,
Çıxarmaqdı indi sənsiz buralar.
Kədər qəbzi gəlib keçmişdən bu gün,
Borc yazılıb səni unutmaq adlı.
Ümidlərin dili yoxdu danışa,
Tamaşa var: hissi ovutmaq adlı.
Məktub gəlib “səni unutmaq” adlı,
Oxuyuram pəncərəmin önündə.
Bir az yağış yağır, bir az külək var,
Üşüyürəm “salam dostum” sözündə.
Sevginin orfoqrafik düzəlişi
Bu sevgiyə vergül qoyma,
Boşluq olsun qoy arxası..
Nida qoyma, sual qoyma,
Üç nöqtə qoy ən yaxşısı...
Uzlaşmayan ürəkləri,
Mötərizə içinə al.
Həsrət dolu cümlələri,
Dırnaq arasına sal.
Sevmək adlı başlıqların,
Altından qara xətt çək.
Ayrılığı bitişik yaz,
Belə yaxşı görünəcək.
Yağış traktatı
-"Səni unutmayacam,
sənsiz kimsə darıxmaz
mənim qədər..."
sənə deyən olsa bunu,
ona məndən salam de.
De ki vardı birisi,
o da unutmamağa,
söz vermişdi bir axşam...
Yağış yağırdı onda,
təbiət yuyunurdu,
ağaclar çılpaq halda,
payıza qovuşurdu...
Daranırdı o gecə,
Buludlar göy üzündə...
De ki vərdiş etmişdi,
mənsiz qala bilməməyi,
hər an məni düşünməyi,
hele bulardan başqa
çox axmaqlığı vardı...
Çox sevdi, çox ağrıdı,
Çox ümidləri vardı...
İndi bilmirəm harda,
Yoluna davam edir,
Məni məndən çox sevənlər,
bir gün mənim həyatımdan
göz yaşlarıyla gedir...
Güzgüyə qısqanardı,
darağa qısqanardı saçlarımı söylə...
Ondan ayrılmaq üçün,
özümdən uzaqlaşdım de...
İndi yanında olan,
Şablon həyat yoldaşın,
Sənə aforizmlər yerinə,
standart cümlələr desin,
Hər səhər şeir yerinə,
Çay süzməyi əmr etsin...
Səndə ona qulluq et,
ürəyini yormadan.
Əllərinə sağlıq de,
Sənə şillə vurmadan...
Yalnızlıq Simfoniyası
Kitab oxuyuram,
"Unutmuşam" adında.
Ön sözün əvəzinə
Yoxluğun var yanımda.
Çay içirəm arada,
Yeməyim bir tikə qəm.
Otağım pərişandı,
Divarlar da çəkir nəm.
Yenə gecə gələcək,
Yenə yada düşəcən.
Beynimi yorub mənim,
Ürəyimi deşəcən.
Budilniki qoymuşam,
Səhər saat 6ya.
Bu da bir təsəllidir,
Ağır yatıram guya.
Kitab oxuyuram,
"Unutmuşam" adında,
Ön sözün əvəzinə,
Yoxluğun var yanımda...
***
Bax, görürsənmi
Hər şey yoluna düşür.
Daha qorxmursan qaranlıqdan,
Öyrəşmisən zəng gəlməyən telefona,
Yuxu dərmanı atmadan da yatırsan...
Indi yağış adi təbiət hadisəsidi,
Qar yumuşaq nəsədi,
Külək şəhərin tərgidə bilmədiyi vərdişdi...
Gecələr yatmaq üçündü,
Mahnılar da boş vaxtların məhsuludu...
Daha hər şey dəyişib,
Hər şey bir az boz rəngdədi.
Görürsən, sənə demişdim axı,
Bir gün hər şey bitəcək.
Çətini unutmaqdı,
Sonrası düzələcək...
Bütün ayrılıqlar oxşardır...
Bacası açıq qalar,
Ümidləri kilidli.
Səbri çatmaz sabaha...
Narın yağış, soyuq qardır,
Bütün ayrılıqlar oxşardır.
Kitabları yandırar ,
Sobaya atar odun yerinə.
"Zəhləm getmiş" gecədir deyər,
Həsrət qapını döyər...
Gülünc söyüşləri vardır,
Bütün ayrılıqlar oxşardır.
Unutmaq üçün hər şeyi,
Keçmişinə balta vurar.
Zaman üzünə durar,
Abırsızca, həyasızca,
Ölməzdi, həmişə yaşardı,
Bütün ayrılıqlar oxşardır.
Sevginin orfoqrafik düzəlişi
Bu sevgiyə vergül qoyma,
Boşluq olsun qoy arxası..
Nida qoyma, sual qoyma,
Üç nöqtə qoy ən yaxşısı...
Uzlaşmayan ürəkləri,
Mötərizə içinə al.
Həsrət dolu cümlələri,
Dırnaq arasına sal.
Sevmək adlı başlıqların,
Altından qara xətt çək.
Ayrılığı bitişik yaz,
Belə yaxşı görünəcək.
Yağış traktatı
-"Səni unutmayacam,
sənsiz kimsə darıxmaz
mənim qədər..."
sənə deyən olsa bunu,
ona məndən salam de.
De ki vardı birisi,
o da unutmamağa,
söz vermişdi bir axşam...
Yağış yağırdı onda,
təbiət yuyunurdu,
ağaclar çılpaq halda,
payıza qovuşurdu...
Daranırdı o gecə,
Buludlar göy üzündə...
De ki vərdiş etmişdi,
mənsiz qala bilməməyi,
hər an məni düşünməyi,
hele bulardan başqa
çox axmaqlığı vardı...
Çox sevdi, çox ağrıdı,
Çox ümidləri vardı...
İndi bilmirəm harda,
Yoluna davam edir,
Məni məndən çox sevənlər,
bir gün mənim həyatımdan
göz yaşlarıyla gedir...
Güzgüyə qısqanardı,
darağa qısqanardı saçlarımı söylə...
Ondan ayrılmaq üçün,
özümdən uzaqlaşdım de...
İndi yanında olan,
Şablon həyat yoldaşın,
Sənə aforizmlər yerinə,
standart cümlələr desin,
Hər səhər şeir yerinə,
Çay süzməyi əmr etsin...
Səndə ona qulluq et,
ürəyini yormadan.
Əllərinə sağlıq de,
Sənə şillə vurmadan...
Yalnızlıq Simfoniyası
Kitab oxuyuram,
"Unutmuşam" adında.
Ön sözün əvəzinə
Yoxluğun var yanımda.
Çay içirəm arada,
Yeməyim bir tikə qəm.
Otağım pərişandı,
Divarlar da çəkir nəm.
Yenə gecə gələcək,
Yenə yada düşəcən.
Beynimi yorub mənim,
Ürəyimi deşəcən.
Budilniki qoymuşam,
Səhər saat 6ya.
Bu da bir təsəllidir,
Ağır yatıram guya.
Kitab oxuyuram,
"Unutmuşam" adında,
Ön sözün əvəzinə,
Yoxluğun var yanımda...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.