manera.az
manera.az

Sənin küləyin də kələkbazdı, Bakı!.. | MANERA.AZ

Sənin küləyin də kələkbazdı, Bakı!.. | MANERA.AZ
Emin Akif


"Kələklər şəhəri"- Bir qırıq Bakı..

Bir qırıq ümid tapıram
Küçə - küçə dilənən uşaqların gözlərində, ovuclarında isə "məni bu işə məcbur edirlər" yazısı görünür gözlərimə.. Qəpiklər siləcək o yazını..
Bəzən bir sevgi tapıram
Evlərin hasarlarında yazılmış şəkildə...
Bəzən iki sevgili "Filarmoniya" bağında musiqi sədalarına meydan oxuyurlar öpüşməklə öz ehtirasdan ibarət sevgilərini Bakının milliliyinə sırımaqla...

Bakı...
Qız qalası...
Səndən özünü nə qədər oğlan intihar etməli idi ki, adın qız qalmaya?
Bəlkə də buna ehtiyac yox idi...
Bakirəliyini "Alov qüllələri" pozmalıydı bəlkə də...

Səndə yaşamaq da baha
Səndə ölməyin dəyəri 5000 manatdan da baha...
Səndə yaşamaq bir dərd, səndə ölmək başqa bir dərd...
Bəzən canı qurtarır bu xərcdən, bu dərddən sənin xilaskarın Xəzərin dalğalarına təslim olmuş insan meyitlərinin...

Sənin qonaqpərvərliyini şahid olmayan qalmadı..
Dostun da, düşmənin də...
De görüm sənin tanrın olan Xəzər nə vermədi sənə?
İllərdi ayaqda tutmurmu səni?
Nankor...
Səxavət kasası boşalacaq və səbr kasası daşacaq bir gün....

Sən tanrısına üz çevirən birisən...
Çirkabını Xəzərinə axıdan Bakı...

Sənin gecələrin gözəldir səhərlərindən...
Səni fərqləndirir hardasa
Asiya şəhərlərindən...

Sənin küçələrinin işıq dirəylərindən çox işıqlı sabahlara ehtiyacı var Bakı....
Sənin qışın qarında zülmətə boyun əyməyin belə bənzəmir qərbə..
Sənin boyun əyməyin belə fərqlidir...
Sən ki, Xəzərin qucağındasan, niyə yumur günahlarını?!
Niyə əhv diləmirsən?

Səni ayaqda tutan səndə əbədi yuxusunu tapmış şəhidlərdir
İnan....
Sənin gözəlliyinə nöqtə qoyan bayrağındı
torpağ haqqı...

Sən ki, Küləklər şəhərisən..
Lazım olan kasıbın daxmasını başına da uçura bilirsən..
Lazım olanda şorgöz maymaqların da arzularını yetirirsən - "Ey fələk, eylə külək....."
Sən küləklər şəhəri statusunu itirmisən... Sənə rahatlıqla "Kələklər şəhəri" deyərdim....
Sənin küləyin də kələkbazdı....
Qoynunda tikilən məscidlərə, kilsələrə yalvar, bəlkə bağışlayalar səni!
Bir qırıq Bakı.....


Manera.az
(Fikirlər müəllifin şəxsi mülahizələridir)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031