manera.az
manera.az

Mahmud Kaşqari medalları təqdim edir

Mahmud Kaşqari medalları təqdim edir
Beynəlxalq Mətbuat Mərkəzində Mahmud Kaşqari Fondunun on illiyi qeyd olunub.

Tədbir çərçivəsində qurumun təsis etdiyi medallar laureatlara təqdim edilib.

Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ötən illər ərzində fond tərəfindən bir sıra mühüm layihələr reallaşdırılıb. O, medalla təltif edilən şəxslərin türk dünyası mədəniyyətinin inkişafı naminə böyük işlər gördüklərini bildirib.

Fondun sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza gələn il böyük türk alimi Mahmud Kaşqarinin min illiyi ilə bağlı geniş tədbir keçiriləcəyini diqqətə çatdırıb.

Sonra fondun mükafat komissiyası tərəfindən, ümumtürk mədəniyyəti qarşısında xidmətlərinə görə, bir sıra tanınmış ədəbiyyat adamına medallar təqdim olunub.

Medal alanlar sırasında Xalq Şairi Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçı Əjdər Ol, Azərbaycan ədəbiyyatının yaxın dostu və təbliğçisi İmdat Avşar, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları da vardır.

Onlar təltif olunmaları münasibətilə qurumun rəhbərliyinə minnətdarlıqlarını bildirib və bundan sonra da öz yaradıcılıqları ilə ümumtürk mədəniyyətinə yeni töhfələr verəcəklərini söyləyiblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31