manera.az
manera.az

Ayrılıq bəhanəsi...| MANERA.AZ

📅 26.04.2016 15:56

Ayrılıq bəhanəsi...| MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə Gülnar Səmanın 10-luğa düşən şeirini təqdim edirik:

Ayrılıq bəhanəsi

Ayrılıqlar həmişə
Öz bəhanəsiylə qonaq gəlir.
Sən olmaz dediyin şeylər
tez-tez gündəmə gətirilirsə,
demək, növbəti dayanacaq
ayrılıqda dayanmayacaq.

Sürət daha da artacaq
olmazlar özlərinə yer edəcək.
Sənin görmək istəmədiyin situasiyalar
əslində ayrılığın əlamətləridir.
Ayrılıq isə bədii təyin deyil,
əbədi təyinatdır.

Ayrıldınsa, bəhanələrin də
canı qurtarır.
Onları da boş-boşuna
narahat etmirsən.
Hər şey üstünə gəlir,
amma sən heç yerə getmirsən.

Səbəbsiz bəhanələrin
nəticəsini alqışlamaqdan başqa
seçimin qalmır.
Yox əgər hələ bəhanələr qalıbsa,
onda bu ayrılıq olmur.


Baxış sayı - 2 509 | Yüklənmə tarixi: 26.04.2016 15:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031