manera.az
manera.az

Musa Qasımlı beynəlxalq forumda

📅 24.10.2016 11:30

Musa Qasımlı beynəlxalq forumda
Son zamanlar Rusiya Federasiyasında Qafqaz problemlərinin araşdırılmasına daha çox diqqət verilir. Bu baxımdan Rusiya Cənub Federal Universiteti, Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi, Çeçen Respublikası Elmlər Akademiyası, “Qafqaz-yeni üfüqlər” Fondu və “Ölkə” Regional Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə Rostov-Don şəhərində Azərbaycan, Rusiya, Gürcüstan və İsraildən olan qafqazşünas tarixçilərin IV beynəlxalq forumunun keçirilməsi və dinlənilən məruzələr maraqlı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutundan MANERA.AZ-a bildiriblər ki, forumun plenar iclasında bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı “XIX əsrdə Qafqazda köçürmə siyasəti və nəticələri (Rusiya arxiv materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Rusiya arxivlərinin ən mötəbər mənbələri əsasında hazırlanan məruzə maraqla qarşılanıb və yüksək dəyərləndirilib. Azərbaycan alimi, eyni zamanda, bölmə iclaslarından birinə sədrlik edib.

Tədbirdə Azərbaycan və Rusiya qafqazşünasları arasında elmi əlaqələri davam etdirməyə dair ümumi fikir ifadə olunub.


Baxış sayı - 1 436 | Yüklənmə tarixi: 24.10.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031