manera.az
manera.az

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək |MANERA.AZ

📅 21.09.2015 10:39

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək |MANERA.AZ
Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən məlumat verilib. Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə yönələn film həftəsinin təntənəli açılış mərasimi Nizami Kino Mərkəzində keçiriləcək.

Mərasimdə Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək. Həftə ərzində müxtəlif janrda olan müasir rus kinofilmləri nümayiş etdiriləcək.


Baxış sayı - 1 728 | Yüklənmə tarixi: 21.09.2015 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031