manera.az
manera.az

Bakıda Rusiya kinosu günləri olacaq

📅 05.10.2016 11:30

Bakıda Rusiya kinosu günləri olacaq
Oktyabrın 10-dan 14-dək Azərbaycanda Rusiya kinosu günləri keçiriləcək.

Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək kino günlərinin açılışı oktyabr 10-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə başlayacaq.

Kino günləri çərçivəsində tamaşaçılara rejissor Yuriy Vasilyevin “Qəhrəman”, İndar Djendubayevin “O, drakondur”, İlya Çijikov və Anton Çijikovun “Bizim qəbiristanlığın oğlanı” və Eduard Bordukovun “Qutu” bədii filmi təqdim olunacaq.


Baxış sayı - 1 399 | Yüklənmə tarixi: 05.10.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930