manera.az
manera.az

Rusiya Federal Agentliyinin rəhbəri BSU-da olub | MANERA.AZ

Rusiya Federal Agentliyinin rəhbəri BSU-da olub | MANERA.AZ

Rusiya Federasiyasının MDB işləri üzrə, xaricdə yaşayan həmvətənlilər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (Россотрудничество) rəhbəri Qlebova Lyubov Nikolayevna Bakı Slavyan Universiytetinin (BSU) qonağı olub. Ali təhsil müəssisənin rektoru, professor Asif Hacıyev qonağa müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar hazırlayan universitetin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.

Rektor fəxr hissi ilə vurğulayıb ki, BSU Azərbaycanda rus dili və ədəbiyyatının tədris və elmi araşdırmaların mərkəzidir, universitetin bu istiqamətdə böyük nailiyyətləri var. Asif Hacıyev qeyd edib ki, dünyanın bir sıra nüfuzlu universitetləri, o cümlədən Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edən bu ali təhsil ocağının beynəlxalq əlaqələri genişlənir.

Azərbaycana ilk dəfə gəldiyini vurğulayan L. Qlebova rəhbərlik etdiyi agentliyin müasir təhsil sistemi üzrə hazırladığı proqramlar barədə məlumat verib. Qonaq Bakı Slavyan Universiteti ilə də gələcəkdə əməkdaşlıq etməkdən məmnun qalacağını bildirib.

Görüş zamanı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. L. Qlebova BSU-da fəaliyyət göstərən Rusiya tədris-mədəniyyət mərkəzi (Moskva auditoriyası) ilə tanış olub. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana qonaqda böyük təəssürat oyadıb.

Aytəkin Qardaşova

Rusiya Federal Agentliyinin rəhbəri BSU-da olub | MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930