manera.az
manera.az

Alim-diplomat Vilayət Quliyevin kitabı ingilis dilində - MANERA.AZ

Alim-diplomat Vilayət Quliyevin kitabı ingilis dilində - MANERA.AZ
Alim-diplomat Vilayət Quliyevin “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” monoqrafiyası ingilis dilində çap olunub

Azərbaycanın Macarıstandakı səfiri, tanınmış alim Vilayət Quliyevin “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” (XIX əsrin birinci yarısı) monoqrafiyası bu günlərdə məşhur L`Harmattan nəşriyyatında ingilis dilində çap olunub. Kitab Tbilisi, Qazan, Moskva, Peterburq arxivlərində aparılan axtarışlar və toplanan materiallar əsasında qələmə alınıb. XIX əsrin ilk onilliklərindən etibarən Rusiya imperiyasının Moskva, Qazan və Peterburq universitetlərində, Rusiya Xarici İşlər Nazirliyinin Şərq Dilləri İnstitutunda, Lazarev İnstitutunda, Rusiya Elmlər Akademiyasında, bir sıra gimnaziyalarda çalışmış Azərbaycan əsilli pedaqoq və alimlərin elmi irsini sistemli, ardıcıl şəkildə araşdıran müəllif yeni və cəsarətli ideya irəli sürüb. Bu da Rusiya şərqşünaslığında özünəməxsus ənənələri və tədqiqat üsulları ilə seçilən ayrıca “Azərbaycan məktəbi”nin mövcudluğu konsepsiyasıdır. Müəllif daha irəli gedərək Rusiyada Şərq haqqındakı elmin beşiyi başında Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov kimi azərbaycanlı alimlərin dayandığını, onların davamçı və yetirmələrinin bir elm sahəsi kimi şərqşünaslığı əhəmiyyətli dərəcədə inkişaf etdirərək zənginləşdirmələrini inandırıcı şəkildə isbat edir. Polemik ruhu ilə seçilən əsərin Rusiya və Qərbin elmi dairələrində, elm tarixçiləri arasında maraq və mübahisə doğuracağı istisna edilməməlidir.

Xarici siyasət sahəsinə gələnə qədər uzun müddət akademiya sistemində çalışan Vilayət Quliyev ədəbiyyatşünaslıq elmimizin Avropa miqyasında ilk nümunələrindən biri olan kitabını Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyinə ithaf edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930