manera.az
manera.az

Yaradıcılıq Mərkəzində görüş - MANERA.AZ

📅 15.10.2016 10:06

Yaradıcılıq Mərkəzində görüş  - MANERA.AZ
Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində görüşdə olmuşdur.

Nizami rayon Uşaq – Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə xanım Qəti rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzin tələbələrinin dünya miqyaslı sərgilərdə iştirakı, qalibiyyəti barədə geniş məlumat vermişdir.

Öz növbəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələrdən, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Misirdə keçirilən “Misir dünya uşaqlarının gözü ilə” rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Mərkəzinin istedadlı uşaqlarının yüksək nəticə əldə etdiklərini qiymətləndirdi.

Daha sonra Nizami rayon Uşaq-Gənclər Mərkəzinin direktoru Lalə Qəti qonağı mərkəzdə fəaliyyət göstərən dərnəklərlə və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə tanış etdi.


Baxış sayı - 1 726 | Yüklənmə tarixi: 15.10.2016 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031