manera.az
manera.az

İslandım çətir altında... -ŞEİRLƏR

İslandım çətir altında... -ŞEİRLƏR
Firəngiz ƏHMƏDOVA


***
Qayıdıb yenə də özümə gəldim,
Gördüm ayaqlarım sözümdən çıxıb.
Bir it qarınını doyurmaq üçün,
Sümüyüm ayrılıb dizimdən çıxıb.

Yığıb kölgələri çadır qurmuşam,
Bilmirəm içimdə vaydı yoxsa toy.
Mənim sənə qaçan bu küt ağlımı,
Ütüyə gəlməyə qabığımı soy.

Ağzımın dadına acıllıq düşüb,
Mən də alışacam bu qan tamına.
Sallanıb evimin pəncərəsindən,
Mən də yıxılacam qəbir damına.


Qaça bilməzsən

Bir ömürdə iz eyni,
Bir güzgüdə üz eyni.
İki dildə söz eyni,
İçməmiş dəm kimiyik.
Sən məndən qaça bilməzsən.

Mənim də kölgəm uzun,
Sən də mənim boydasan.
Nə olsun ki kənardan,
Sənin əlin boydayam.
Çox la kəm kimiyik.

Sən məndən qaça bilməzsən.
Sənin də telin qısa,
Mən də saçı kəsiyəm.
Sənin səsin kallaşıb,
Mənsə səsi nazikəm.
Zillə bəm kimiyik.

Sən məndən qaça bilməzsən.
Qoşa addım atırıq,
Beş qarışdır evimiz.
Bircə rəngi başqadır,
Göy -qaradır gözümüz,
Göylə yer kimiyik.
Sən məndən qaça bilməzsən.

***
Köhnə mahnılar kimisən,
nəğarəti yerinə düşən.
Kipriyim sancaqın olsun,
Saçlarından telinə düşən.

Üzünü sıx yanaqıma,
Mən də sənin rəngə düşüm.
Bir şirin nabatın olum,
Dodağından dilinə düşüm.

Başım çiyninə çatmadı,
Uzat əlini oxşayım.
İki qarış uzunluğu,
kəmərin olub belinə düşüm


Bu üz

Qış gəlib bulud gözünə,
Qar yağır yerin üzünə.
Boylanım sənin üzünə,
Bu üz məni üşəndirir.

O sürünən qəm bəsidi,
Oxuyan bayquş səsidi.
Azan Allah naləsidi,
Bu söz məni üşəndirir.

İslandım çətir altında,
Kipriyimə çıxdı yaşım.
Qan qoxan ətir altında,
Bu göz məni üşəndirir.

Ağac balasıdı əsa,
Yapışmaqa əlim olsun.
Gəlsə başa gəlir bəla,
Bu diz məni üşəndirir.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031