...üzü qibləyə darıxan yoxdu -ŞEİRLƏR
Ruzbeh Məmməd
sən bilməzsən..
sən bilməzsən..
çıxıb getmək qədər asan heç nə yoxdu.
həm də bilməzsən məndən başqa
üzü qibləyə darıxan yoxdu.
sən bilməzsən..
sənin gedişindən çox,qalmağın hüzünlüydü
qorxurdum ki,səndə yox olam.
sən bilməzsən..
sonsuz qadınlar nəyi əzizləyir
heç də unutmaq təsəlli deyil
and içirəm ,
sonsuz qadın kimi təsəvür edirəm özümü
neçə illərdi, doqquz ay..
sən bilməzsən
gecə ağlayan kişinin sabahı,
biri günü olmur
indi bədənimin harasıyla darıxım
heç kim olmağıma?!
sən bilməzssən
qadın gözləyən kişi,
çəlimsiz uşaqdan betər olur.
sevişdiyi qadınına sonsuzadək əziyyət olur
sən bilməzssən,
yalqız adam insafsızca
bütün uzaqlıqlara darıxır
necə unudur yaxınlıqları,
necə özgələşir doğmalara
sən bilməzsən
yalqızlıq qoxusu hopmuş
əşyalara sarılmaq necədi
bütün fəsillərə eyni cür baxmaq
və birdə saatın yerini tez-tez dəyişmək
sən bilməzssən
təqvimdə hər gün unudub,
təzədən sevmək var
and içib
hər şeyi yenidən başlamaq təsəllisi var
heç kimin heç nəyi olmaq,
heç nəyə sığmamaq var
sən bilməzsən..
çıxıb getmək qədər asan heç nə yoxdu.
həm də bilməzsən məndən başqa
üzü qibləyə darıxan yoxdu...
təsəlli..
bütün yoxluqlar içində
özümü sayıram barmağımla
iki adamlıq skamiyada
üçüncü adamı gözləyirəm
bir az təsəlliyə ehtiyacım var
ən yaxşı təsəllini ağıllı adam yox,
dəli adam verə bilər
deyər ki ağlın olsun yaşama,
özünü as,
köynəyinin yaxasını açar
boynu kəsik-kəsik
deyərki intihar edirdim,
yaxınlarım qıymadı bir kəndiri mənə
tanrıya dua edər ki,
tanrı nə yaxşı məni dəli yaratdın
ağıllı yaradıb,dəli eləmədin
şükür sənə,tanrı bu gündən
bəlkə məni it eləyəsən
it günündə yaşamaq istiyirəm,bezdim
adam günündən
***
sən də çıxıb gedənnən
buralarda hüzündü.
yarıdan çox ağrımaq;
sən bildiyin üzüntü...
hər şey qoyduğun kimi.
hər şey yeri-yerində.
dəyişən heç nə yoxdu
ayrılıq şəhərində...
bizdə bütün il boyu
qaranlıqdı pəncərə
gündə yüz yol ölürəm
darıxıram min cürə...
necə ki səhər olur
günəş çıxır işartı
məni rahat buraxmır
zəhrimar bu diş ağrı...
gör nə qədər vaxt keçib
bildiyin nə çox,nə az
sənə daha demirəm
vaxtın olsa mesaj yaz...