manera.az
manera.az

Söz işə yaramadı... ŞEİRLƏR _MANERA

Söz işə yaramadı...  ŞEİRLƏR   _MANERA
MANERA.AZ Şahnaz Şahinin şeirlərini təqdim edir:

***

Gəl söhbət edək,
Səndən başlayaq birinci.
Mən “necəsən?”soruşum,
Sus ,dinmə!
Baxışlarınla küs məndən…
Məndən inci
Çevir üzünü yana
Bir az kövrəl,
Mən də and içim göz yaşlarına...
Söz verim neçənci dəfə…

…Sözü ötürək getsin
Söz işə yaramadı.
Yadındadı ilk dəfə
Bizi nəcə yaraladı ?
Ürəyimizdən vurdu söz!

Uçuraq çiynimizə qonan
Kəpənək mələyi.
Yazıqdı öldürmə,
Unudaq
Günlərin bütövünü, parasını
Ayrılıqların sırasını.

Fərz edək çatmışıq vüsala
Bərabər Günəşə boylanaq
Bürünək Aya
Bir az veyil küləyə döyünək
Xoşbəxt görünək bir az…

…Bilirsən?
Mən ayrılıqları basdırıb gələn birisiyəm
Yenidən ayrılıq kəsmə mənə
Otur,söhbət edək!..

Baha ölüm

Soruşarsan, bircə kəlmə danışmaz,
Dindirərsən, göz yaşıdı cavabı.
Oxşayarsan, baxışları sürüşər,
Aldanarsan, bu da olar savabın.

İtirərsən, ürəyinin içində,
Arayarsan, buludların köçündə,
Asılarsan saçlarının ucundan,
Baha ölum sənə düşər havayı!

***
Sənə bir söz demişdim,
Çıxmayıb ki, yadından?
Ətrimi alırsanmı,
Yanındakı qadından?

Səni sevə bilirmi,
Mənim sevdiyim qədər?
Utanıb qızarırmı,
Üstündə xatirələr…

Bir ilğıma qaçırıq,
Sən də, mən də, nə fayda?
Uşaqdan da betərdi,
Sevgi yetim qalanda…

***

…Bu gecə bir dərd doğacaq,
Adını sən qoyarsan.
Nə olar, bu günü də,
Ömrümüzdən sayarsan!

Sonra atıb gedərsən,
Onu mənim üstümə.
Məndən sonra bir ömür
Çıxan olmaz rastına!

Baxan olmaz üzünə,
Yıxan olmaz evini.
Görərsən çöl quşları
Başın üstə deyinir.

Qürbətdə soyuq olar
Gəl, məndən hənir apar!
Darıxsan ağlamağa
Bir az da qəhər apar!

Ürəyini eşərsən,
Orda tutun yerinə.
Bir daha dönmək çətin,
Köhnə görüş yerinə.

Qoşa şəkil

Açıb tökəcəksən albomu,
Qarışdıracaqsan şəkilləri,
Nəsə axtara-axtara,
Gəcəni qoşacaqsan sabaha ..
Əlin boş qalacaq,
Dönməyəcək itkilərin!

Hirslə atacaqsan kənara
Dalınca bir təpik də vuracaqsan
Günahkar olmasa da,
Qəzəbini soyutmaqa bir-iki
Şəkli də yandıracaqsan.

Sonra…sonra yadına düşəcək
Qoşa şəklimizün yoxluğu
Üzünə qayıdacaq
İcinə çırpılacaq bayaqkı Şuxluğun…

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031