manera.az
manera.az

Xanım Aydın - “Sıfır və bir” -MANERA

📅 18.05.2015 11:33


Xanım Aydın - “Sıfır və bir” -MANERA
Xanım Aydın

"Sıfır və Bir - Sən və Mən"
(esse)


Nə qədər yaxınıq, yanyanayıq... Sanki bir müstəvidə biz doğmayıq. Amma qovuşmuruq. Sən "Sıfır"san, deməli heçsən! Mənsə "Bir"əm, təkəm, vahidəm. Bəlkə də bu sistemdə mən yeganəyəm. Bax sıfır nəyə vurulsa, onu da sıfır edər, heç edər. Sən də eləsən. Kimə vurulsan, kimə aşiq olsan onu heç edərsən. Duyğusunu "sıfır" edərsən. Qarşındakı necə böyük olursa olsun. Sən onu məhv etməyi bacararsan! Sıfır çoxaltmağı da bacarır. Mənə çata bilsən, yanımda olsa bilsən əgər birgə böyüyərik. Qol-budaq atarıq səninlə. Yanımda olmağı bacarsan əgər, biz "on" olarıq, biz "yüz" olarıq, biz "min" olarıq... Aramızda yarımçıq tamlar da var. O "0,1...0,2...0,3.......0,9"-ları aşa bilmirsən. Aşa bilmədikcə də uzaqlaşırsan, mənfiləşirsən. Sanki bir müstəvidə uzanan paralel xətlər kimiyik. Ya da ki kainatda min illərdən bəri yeri dəyişməyən, yönü dəyişməyən planetlər kimiyik. Bəlkə də qovuşmuruqsa, bu elə dünyanın xeyrinədir. İki planet qovuşsa bəşəriyyət, kainat darmadağın olar. Uzaq olmağımız yaxşıdır. Ulduzların paramparça olmasını istəmirəm. Yenə də qayıdıram lap əvvələ. Sən "Sıfır"san, mənsə "Bir"əm. Ayrı-ayrıyıq. Başqa-başqayıq. Deməli yadıq, ayrılmalıyıq. Sən iki dünya (mənfi və müsbət dünyalar) arasında qalan "sıfır", mən isə "müsbət"in başlanğıcı - "Bir"əm.


Manera.az


Baxış sayı - 4 818 | Yüklənmə tarixi: 18.05.2015 11:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031