manera.az
manera.az

O otaq saxlarmı dostluğumuzu? - ŞEİRLƏR | MANERA.AZ

O otaq saxlarmı dostluğumuzu? - ŞEİRLƏR | MANERA.AZ

Manera.az Afət Viləşsoyun şeirlərini təqdim edir:

ÌŞIQ

Bu qərib təsadüf kimə gərəkdi?
iki ev, ikicə odun işığı..
Mənim eyvanımı gün aydınladır,
Sənin eyvanını qadın işığı.

Deyən, bu nizamda əl açan mənəm,
Olub qismətim də qənim payıma.
Başına çevrilən nəzirdi işıq,
Axır eyvanından mənim payıma.

Sıxanın illərin hayqırışını,
İliyi quruyur, aşığı yanır,
Bircə eyvanından öc alım deyə
Evimin hər yandan işığı yanır.

Sənə

O otaq saxlarmı dostluğumuzu?
Gözümüz keçmişə dönə, ağlaya..
O kiçik kirayə otağındakı
Sevgimiz sığmadı beşotaqlıya..

Toyda oynamırıq, sevincimiz qıt,
Döndümü fələyin çarxı tərsinə?
Atılıb-düşərdik, lap uşaq kimi
Bir köhnə radio musiqisinə..

Bəlkə, tək bu çatmır xoşbəxt olmağa,
Şirin xatirələr kövrəlir gendən.
Orada bir parça ondan gizlənib,
Orada bir parça səndən və məndən.

Bu adam...

A məni sevənlər, məni sevənlər,
Verin bu dinsizi, basım bağrıma.
Mən buna sevməyi öyrədən adam,
Bu adam çıxacaq mənim axrıma.

Əlindən tutalı, yuxum puç olub,
Gözünə baxalı ruhum suç alıb,
Daş qəlbli qadının keyi açılıb,
Bu adam çıxacaq mənim axrıma.

Üç fəsli pay verdim, payız yaşadım,
Qaldım bu adamsız, ayaz yaşadım,
Sonra deməyin ki, nə az yaşadım?
Bu adam çıxacaq mənim axrıma.

Qadın

Necə yol tapmısan, könlü sənindir?
Bu qara göz qadın, qara qaş qadın.
Unudub adını, haqqı-sayını…
Bu sözü düz qadın, fikri çaş qadın.

Ağlını almısan, gözü səndədir,
Dönüb pilə olub, gör nə gündədir?
Allah, bu nə yardır, bu nə bəndədir?
Bu ürkək baxışlı, qəlbi daş qadın…

Mələkdi, sevgindən şeytana təndir,
Evtikən adamdı, bax, ev yıxandır..
Hamının önündə xan qızı xandır,
Sənin yollarında qaravaş qadın..

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031