manera.az
manera.az

Allah sənin balan yoxdu? - ŞEİRLƏR | MANERA.AZ

Allah sənin balan yoxdu? - ŞEİRLƏR | MANERA.AZ

MANERA.AZ Aqşin Dadaşoğlunun şeirlərini təqdim edir:

***
Məni satmaq çox çətindi,
Çünki, məni alan yoxdu..
Götür məni övladlığa..
Allah sənin balan yoxdu?

Hamının vardır ruzisi,
Bəxti, taleyi, yazısı..
Məndən gözəl əl quzusu,
Məndən əfi ilan yoxdu..

Nə gördüm ki, bu dünyada,
Şirin-şirin salım yada..
Gəlim gedimli dünyada..
Çolaq çıxıb qalan yoxdu..

Həqiqətdən don biçərəm,
Geyib Sriatdan keçərəm,
Son yalana and içirəm,
Sözlərimdə yalan yoxdu...

***
Köhnə kəndin yollarında,
Bir köhnə kişi yeriyir..
Ağır-ağır, ötkəm-ötkəm,
Kişi yerişi yeriyir..

Papağı basıb gözünə,
Doqqazı salıb sözünə,
Düşüb öz köhnə izinə,
Yox başqa işi, yeriyir..

Dərmanı yox azarına,
Şükr deyir yazarına,
Şəhid oğul məzarına,
Bağrının başı yeriyir..

Bir od gedir kürəyində,
Arzusunda, diləyində,
Ağlamayır, ürəyində,
Gözünün yaşı yeriyir..

***
Bir şeir yazacaqam,
Nə vaxtsa bilmirəm...
Dostum palıdın ad günündə,
Bozqurdların ulartısına badə qaldıranda.
Yazacaqam bu şeiri..
Kənd adamlarının qabarlı əllərinə,
Bir də çiyini səhəngli qızlara,
Bir şeir yazacaqam..
Yazacaqam ki, xoşbəxtsiniz,
Yalandanda olsa..
Bütün şəhərlərin atası,
Balaca kəndlərdi..
Balaca kəndlərə şeir yazacaqam..
Bir də balaca əllərinə..

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031