manera.az
manera.az

“Generalın son əmri” nümayiş olunacaq |MANERA.AZ

📅 11.10.2016 10:05

“Generalın son əmri” nümayiş olunacaq  |MANERA.AZ
Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.


Baxış sayı - 1 270 | Yüklənmə tarixi: 11.10.2016 10:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031