manera.az
manera.az

“Baladadaşın toy hamamı” hazırlanır

📅 17.04.2015 03:54

Azərbaycan Dövlət Musiqili Teatrı yeni tamaşa hazırlayır belə ki xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediyası səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən Manera.az saytına verilən məlumata görə, tamaşanın bəstəkarı Firudin Allahverdi, libretto müəllifi isə Nofəl Vəliyevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülovundur. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru xalq artisti şöhrət ordenli Cənnət Səlimova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Baladadaş obrazını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin tələbəsi Əmrah Dadaşov ifa edəcək. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar.

Turan
Manera.az


Baxış sayı - 2 286 | Yüklənmə tarixi: 17.04.2015 03:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31