manera.az
manera.az

Misir Azərbaycan uşaqlarının gözü ilə _SƏRGİ |MANERA.AZ

📅 14.04.2016 18:03

Misir Azərbaycan uşaqlarının gözü ilə _SƏRGİ |MANERA.AZ

MANERA.AZ xəbər verir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Esmeralda” rəsm studiyası ilə birgə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilmişdir.

Sərgini giriş sözləri ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan mədəni əlaqələri haqqında geniş məlumat verdi.

Sonra Misirin tarixi, mədəniyyəti və turizmi haqqında film nümayiş etdirildi.

Sərgidə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil sərginin açılışında iştirak edərək, iki ölkənin dostluğunu kiçik yaşlı uşaqlar tərəfindən rəsmlərdə göstərilməsini alqışlamış, onların hər birinə uğurlar arzulayaraq belə sərgilərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulamışdır.

Öz növbəsində “Esmeralda” rəsm studiyasının rəhbəri, rəssam Esmeralda Tağızadə sərginin təşkil edilməsindəki dəstəyə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Sonra Bakı Rəsm Qalereyasının rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev uşaqlara göstərilən diqqətə görə Misir Səfirliyinə öz təşəkkürünü bildirdi.

Sonda Misir Səfiri xanım Suzan Cəmilin iştirakı ilə rəsm əsərlərinin müəllifləri mükafatlandırıldı.


Baxış sayı - 2 067 | Yüklənmə tarixi: 14.04.2016 18:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031