manera.az
manera.az

“Herostratı unudun”un premyerası olacaq | MANERA.AZ

📅 10.11.2015 14:30

“Herostratı unudun”un premyerası olacaq | MANERA.AZ

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Herostratı unudun” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, Qriqori Qorinin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əsas rolları Əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev və başqaları ifa edəcəklər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.


Baxış sayı - 1 568 | Yüklənmə tarixi: 10.11.2015 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930