manera.az
manera.az

Bütün qadınlarım kimi... -ŞEİR |MANERA.AZ

📅 02.10.2016 19:17

Bütün qadınlarım kimi...  -ŞEİR  |MANERA.AZ
MANERA.AZ
Fuad Cəfərli

***
O gün bir qadın mənə bu sözləri söylədi,
Müsəlmanın o günü...
Ucuz alıb, baha satan dünyanın ən gözəl personajı fahişədir.
Bilmirəm, bu fikir ağlına hardan və necə gəlmişdi,
amma yerində gəlmişdi və gözəl gəlmişdi.
Müdhiş bir bədii realizim idi.

Bütün qadınlarım kimi o, da məndən daha çox bişmişdi,
və məndən gizli məni şair bilmişdi,
bir də deyəsən azacıq da sevmişdi.
Bütün qadınlarım kimi...
Açığı nə gizlədim?...

Onda şair olduğumdan xəbərsiz idim,
onun sevgisində hiss eləməmişdim.
Yadımda deyil, ona vurulmuşdum
yoxsa bütün qadınlarım kimi?!.
Yadımda deyil...

O gün bir qadın mənə diqqətlə baxıb-
yenə müsəlmanın o günü-
Əclaf, nə gözəl gözlərin var - söylədi.
İçimə gecənin bütün ulduzları düşdü.
O andan o mənim gözlərimi,
mənsə onu dodaqlarınından süzülən
əclaf sözünü sevdim.

Bilməzdim ki, adam söyüşü belə sevərmiş,
əslində söyüşü sevən adam,
Şəhərimdə nə qədər desən...

Hərdən özümə deyirəm,
söyüşü deyil
bir yol da qadını sevsən...
Unutduğun qəh-qəhəylə ürəkdən gülsən
və xoşbəxt bir həyata əl yelləsən,
Bütün qadınların kimi...


MANERA.AZ


Baxış sayı - 2 215 | Yüklənmə tarixi: 02.10.2016 19:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031