manera.az
manera.az

Sinənə vur, bala! - Fuad Cəfərli yazır... | MANERA.AZ

Sinənə vur, bala! - Fuad Cəfərli yazır... | MANERA.AZ
Hər insanın uşaqlığı yadında qalan bir xatirədən başlayır... Mənim uşaqlığım qatardan başlamışdı. Çün uşaqlığımı qatara mindiyim andan xatırlayıram. Elə ilk şücayətim də qatarın səsini təqlid eləmək olmuşdu. İlallah da neynirdimsə, o qatardan əvvəlki etdiyim olarları, olmazları xatırlaya bilməyəcəm.

Bəli, bilmiməyəcəm çün artıq barışmışam, barşmışam ki, qatara mindiyim andan o tərəfəni xatırlamıram və xatırlaya bilməyəcəm. Bəlkə də elə yaxşı ki, xatırlaya bilmirəm, bəlkə də heç yaxşı deyil. Amma neyləsəm də, nə düşünsəm də bunların hamısını bir bəlkədən qırağa çıxara bilmirəm, milyardlar kimi...

Yadımdadı hər gün televizorda "xəbərlər" proqramı başlayan kimi böyüklər televizorun qarşısında bir şagird kimi sakitcə oturardılar və nə baş verdiyini dərk eləməyə çalışardılar. Bu böyük şagirdlərin heç biri sükutu pozmazdı. Hamısı ağıllı tərbiyəli şagirdləriydi. Məndə qıraqdan sakitcə televizora baxanlara baxardım.

Baxardım ki, eşitdikləri, öyrəndikləri pis xəbərdi, özü də çox pis. Bu pis xəbərlər məni də incidərdi. İndi təsadüfən balaca bir uşaq ağlaya-ağlaya kiməsə “sən pissən” dediyini görəndə, içim suya həsrət qalmış torpaq kimi parça-parça olur. “Sən pissən, pissən sən!” Ona da doğrudan da hər şey pisiydi hər kəs dəhşət içindəydi, hər kəs elə bir ucdan sökülən sapı tutub saxlamağa çalışırdı. Kimi güçüylə, kimi sözüylə, kimi duasıyla, kimi göz yaşıyla, kimi qarğışıyla kimi söyüşüylə. Lakin neyləyirdilərsə, hardan tuturdularsa sapı saxlıya bilmirdilər. Hər gün bir ana, bir bacı, bir qadın qaraya bürünürdü, hər gün bir ata, bir qardaş bir oğul saqqal saxlamağa başlayırdı. Hara baxırdınsa qara geyinmiş qadınlar və saqqalı kişilər dolaşırdı talehin torunda. Həmin bu kişilər bu qadınlar şairlərin misralarda gah enişə, gah da yoxuşa dərdləriylə gedib, gələrdilər. Məhv edilmiş xəyalların qırıntıları şeirlərdə adamın ürəyinə batırdı.

Qarabağımızın filan rayonu işğal olundu, fılan qədər dinc əhali yaralandı, fılan qədər şəhid verdik deyirdi xəbər aparıcısı televizorda. Diktor onda hamıdan çox əziyyət çəkirdi. Bir yandan acı xəbərlər, bir yandan da onu izləyən başını itirmiş milyonların qəzəbi. Ya şüurlu, ya şüursuz “adam balasısan bir dəfə də şad xəbər versən nə olar”, və ya “yene bu çıxdı, bu həmişə qara xəbərlər verir bunu niyə orda saxlıyırlar” deyərdilər. Nə isə əşi nə isə... Evdə deyerdilər heyif o yamacdan bu bağdan fılan bulağdan, dərədən, dağdan.

Uşaq ağlımla məndə başlayırdım oraları təsəvvür eləməyə. Təsəvvürlərimdən çart vermiş torpaqların həsrət qaldığı siyah bulud əskik olmurdu. Axı necə əksik ola bilərdi bu qədər məğlubiyyətin içində?
Bir gün evdə gərnəşdim birdən anam dedi: "sinənə vur bala, adam gərnəşəndə sinəsinə vurar". Sonra da deyər ki, ağırlığım dağlara daşlara. Anam bunu dedi və o balaca uşağı özündən böyük fikir aldı apardı. Özüm- özümə dedim ilahi onsuz da o, dağların erməni adda ağırlığı var birdə mənim ağırlığımımı çəksin o dağlar. Anama qarşı qəzəb oyandı içimdə. Anamın bəyəm o düşmənlərdən xəbəri yoxmu,yoxsa o düşmənləri ağırlıq saymırmı. Ehh... doğrudan da o vaxt məni aparan fikir özümdən böyük idi, indiki kimi. Sonra ağırlığımı dağlara yox, düzlərə, daşlara tökməyimə qərar verdim. Bu qərarımı isə uzun müddət gizli saxladım.

... İndi fikirləşirəm ki, anam o dağları nəzərdə tutmayıb, anam o dağları nəzərdə tuta bilməzdi. Axı onun balaca oğlu balaca ürəyi ilə belə fikirləşibsə, anası necə başqa fikirdə ola bilərdi?!..

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031