Mənim ikinci yarpağım...- Fuad Cəfərlidən yeni şeirlər /MANERA.AZ
![]()
Manera.az Fuad Cəfərlinin yeni şeurlərini təqdim edir:
İkinci yarpağım
Elə bağlayıcılar var ki, onlar insana
kazinoda fırlanan "rulekta"nı xatırladır ...
Ya tapıntı deyəcklər,
ya da çoxluq olub.
Bu məsum misraları didəcəklər
it didən kimi...
Hə, səni it kimi sevirdim
Ac it sümüyü necə sevirsə,
bax elə!
İt, sümük, mən, sən
nə cəfəng bənzətmə - hə?
(Yeri gəmşikən, qəlbisizlərin payına düşən nəsnəyə ağıl deyilir).
İkiniz də yekə qarın ağzından çıxmışdınız...
Və heç nəyiniz yoxuydu.
Sümüyü it, məni isə sən tapmışdın.
Sümüyü bilmirəm, amma
mən 10 il gözləməli olmuşdum.
Sənə elə-belə gəlməsin
bu bir ağacın xoşbəxt zifaf gecəsi.
Bakirəliyini itirməsi,
10 yarpaq böyütməsi
və sonra...
və sonra günahsız yarpaqlarını
göylərin göz yaşında çimizdirib
torpağa hər təfil verdiyində...
... nə bilim böyüməsi və ya ölməsi deməkdir.
Bax belə...
Yəni sənə qədər
Mən nə sevinclərin, nə ölümlərin şahidiydim.
Yəqin bu səbəbdən
İnsan kimi ayrıldım səndən...
İt kimi sevsəmdə,
Mənim ikinci yarpağım!
iyul 2016
Gecən xeyir
Gecə arzulara qoynunu açar.
Ayıbları gizlədib,
vicdanlara işq saçar.
Gecə gözümüzün saatlarla döydüyü
gündüz adlı qapıya
tək açar...
Gecə - nağıl uşaqlığım,
anamın qoynu.
Bacımın saçlarına sığal,
atamın ovcunda itən əllərim...
Səhər oyunlarına tələsdiyim küçələrim...
Gecən xeyir, şəhərim mənim!
Gecə... - ikinci ismi
həyat olan gəncliyim.
Gecə - dünyanı öyrəndən
dərsliyim.
İlk məhəbbətim, sevgilim,
bəzən də imtahanarla tərsliyim...
Gecə - dostlarla ruh şənliyi,
keçmişin gündəliyi;
Gecə - döyülmədən atamın açdığı,
anamın gözlədiyi qapı.
Gecə -bacımın hamını güldürən xilaskar zarafatı,
Mənimsə saatın əqrəbindən küsən gözlərim.
Gecən xeyir, şəhərim mənim!
Ağ yaylıq
Soyuqdu,
dalğalanan bayraqlar misalı-
bədənim əsir,
yazın gəlhagəlində.
Yaman acgözmüş sənsizlik;
çölümü bitirməmiş
içimə gözü düşüb...
Əllərdən çoxdan keçib,
İndi ümid adından yapışan
Dilə qalıb, dodağa qalıb.
Sonuncu nəfəs limandan
tərpənməndən
gəl gəl...
Göydə yellənən
ağ yaylıqla gəl.
Yetər ki, qayıt o yıxıldığım küçələrin birinə
Gücüm çatmır, nə gizlədim
Unuda bilmirəm səni.
Xatirənlə girdiyim hər savaşdan məğlub çıxıram
hər gün keçdiyimiz küçələrin birinə.
Yıxıram dediyim anda yıxılıram
Yıxılmaq durmaq...
Kaş yıxılmaq duramq kimi asan olaydı,
Kaş hərdən bu qəlb xatirəndən yüksəkdə duraydı
Kaş, kaş...
Kaşlarda Xəzərə aşiq bir rəssamın
dalğalanan tabalosunda.
Gücüm çatmır nə gizlədim,
Unuda bilmirəm səni
Alıb bütün doğrularımı
məni yalanlarla baş-başa qoydun.
Səndən sonra küçəyə çıxmağa da peşmanam.
Yanan ürək ovucluq suaya gələn kimi,
mən də bir sənizlikdən
bir də bu gülüş kimdindi sualından
təngə gəlmişəm.
Gücüm çatmır nə gizlədim,
Unuda bilmirəm səni.
Yalan dünyada neyləyirəm doğruları?!
Söz verirəm oğruları istəyəcəm, oğruları.
Y etərki qayıt o yıxıldığım küçələrin birinə
... və məni orda
deyəsən kömək lazımdır
sualıyla gözlə ....
Qadın gülüşü
Bir qadın gülüşündən sərilmişəm xoşluğa,
And olsun Tanrıya, lənət oxuyur boşluğa.
Aynalardan boylanan gözləri məni görməz
İncilərdən süzülən səpələnmiş dünyada
sözləri məni düzməz.
Bəlkə, düzməməyi daha məqbul
Oğulsansa qul ikən bir zaman itridiyin
xoşbəxtliyi axtar bul...
Bir qadın gülüşündən sərilmişəm xoşluğa,
And olsun tanrıya, lənət oxuyur boşluğa.
Bir kafe radiosu kimi...
MANERA.Az