manera.az
manera.az

Hara gedək bu məmləkətdən? -ELÇİN MİRZƏBƏYLİ _MANERA

📅 23.02.2016 15:20

Hara gedək bu məmləkətdən? -ELÇİN MİRZƏBƏYLİ _MANERA

MANERA.AZ Elçin Mirzəbəylinin şeirini təqdim edir:

Gedək özümüzə divan tutmağa

Bizim bu şəhərdə heç kimimiz yox,
Yollar yorğunuyuq, illər yroğunu...
Tanrı dərgahından sevgi dilənən
Göylərə uzanan əllər yorğunu.

... Sərsəri məmləkət, dəli məmləkət,
Gözü ümidlərin yol ayrıcında...
Özgə kəfənində ölü məmləkət -
Ruhu yırğalanır dar ağacında...

... Cəllad kötüyüdü,
ya mey camıdı...
Qan damır kəsilən başdaşımızdan...
Üfiqdə Tanrının qətliamıdı -
Dan yeri qızarır göz yaşımızdan.

Bizim bu şəhərdə heç kimimiz yox...
Gedək sözümüzə divan tutmağa.
Bitmiş sevdaların sahillərində
Dəli küləklərlə qol-boyun olan
Soyuq izimizə divan tutmağa...
Gedək...
Hara gedək bu məmləkətdən?
Gedək...
Özümüzə divan tutmağa.


Baxış sayı - 1 843 | Yüklənmə tarixi: 23.02.2016 15:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930