manera.az
manera.az

Ələkbər Tağıyev "Sən gəlməz oldun” mahnısı kimə ithaf edib?... | MANERA.AZ

 Ələkbər Tağıyev "Sən gəlməz oldun” mahnısı kimə ithaf edib?... | MANERA.AZ

Elə bir azərbaycanlı yoxdur ki, "Sən gəlməz oldun” mahnısını dinləyərkən ona toxunmasın

Mahnı nəinki öz diyarında, hətta öz diyarından kənarda da sevilən mahnılardan birinə çevrilmişdir.

"Sən gəlməz oldun” mahnısının sözləri Mədinə Gülgünə, musiqisi isə Ələkbər Tağıyevə aiddir.

MANERA.AZ bu məşhur mahnının yaranma tarixini təqdim edir:

Ələkbər Tağıyev hər gün səhər saat 5-də yuxudan oyanır, bir neçə melodiya yazır, nahar edəndən sonra isə onların üzərində çalışmağa başlayırdı. Amma bu mahnıların heç də hamısı onun öz adı ilə Bədii Şuradan keçmirdi: "O vaxtlar Ələkbər Bədii Şuraya 5-10 mahnı birdən gətirib verirdi. Hamı da məəttəl qalırdı ki, bir adam bu qədər mahnı bəstələyə bilər?! Ona görə də mahnılarından bir-ikisi Bədii Şuradan keçirdisə, çoxu kənarda qalırdı. O da həmin mahnıları "xalq mahnısı” adı ilə şuradan keçirirdi. Məsələn, "Araxçının məndədi, ceyran”, "Endim bulaq başına”, "Sənsən” və s. Deyirdi, "mən bu mahnıları yazmışam ki, xalq eşitsin. Qoy mənim adım getməsin, eybi yox, amma axır-əvvəl haqq öz yerini tapacaq”.

Amma Ələkbər Tağıyevin mahnıları illərdir unudulmur. Nəinki Azərbaycanda, qardaş Türkiyədə və digər ölkələrdə də sevilir, ifa olunur. Onun son illər daha çox səslənən mahnılarından biri "Sən gəlməz oldun” mahnısıdır. Bu mahnı Fransada dünyanın 40 ən yaxşı mahnısından biri seçildi. "Sən gəlməz oldun” Ələkbərin qardaşı oğlunun həyat yoldaşına həsr olunub. Qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar olur. Övladının heç bir yaşı olmamış dünyasını dəyişdi, Ələkbər də həmin dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki, evə gələn kimi bu mahnını bəstələyir. "Sən gəlməz oldun” mahnısı həmin gəlinə ithaf olunub.

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Və Maştağada "Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam” mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031