manera.az
manera.az

Yaxın gəlməz uzaqlar... | MANERA.AZ

📅 16.07.2015 11:36

Yaxın gəlməz uzaqlar...   | MANERA.AZ
manera.az
Manera.az gənc şair Furqan Sadiqin şeirini təqdim edir:

***
dənizin ortasında
hər şeydən uzaq düşən
kiçik bir ada kimi,
sükut içərisində
bir sıldırım qayaya
dəyib geri qayıdan
səs kimi, səda kimi,
yalqızam, canım-gözüm...

bir deyən də yoxdu ki,
ay evin yıxılmasın,
belə yaxın dost olma
həsrətlə, intizarla...
axı özün bilirsən,
həsrət binokl deyil,
yaxın gəlməz uzaqlar...

Manera.az


Baxış sayı - 2 005 | Yüklənmə tarixi: 16.07.2015 11:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930