manera.az
manera.az

“Hər birimiz bir çiçək” bir zamanlar ... | MANERA.AZ

“Hər birimiz bir çiçək” bir zamanlar ... | MANERA.AZ
manera.az
Biri var idi, biri yox idi. 1961-ci il idi. Amma unutmuşam hansı fəsil idi.

Küləklər şəhərində bir körpə doğulmuşdu. Valdeyinləri çox düşündülər, daşındılar uşağın adını Ələkbər qoydular. İllər bir-birini qovur, Ələkbər başqa uşaqlar kimi yavaş-yavaş böyüyürdü. O, nağılları, nağıl qəhrəmanlarını, kuklaları çox sevirdi. Ona görə də özünün balaca nağıl dünyasını yaratmışdı. Böyüyənə kimi bu nağıldan heç kim xəbər tutmadı. Heç kim bilmirdi bu nağıl necə başlayıb, necə qurtaracaq. Ələkbər də nağlın necə başlayacağını bilirdi, amma, necə bitəcəyini heç ağlına belə gətirə bilmirdi. Çünki o, qəhrəmanı olduğu nağılın bütün nağıllardaki kimi xoşbəxt sonluqla bitəcəyini düşünürdü...

Bütün uşaqlar kimi Ələkbər də məktəbə getdi. Böyüdü, daha uşaq deyildi. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil aldı. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başladı. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"ında Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynadı.
Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü tamaşaya hazırladı. "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı oldu. 2000-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görüldü. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olundu. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarını aldı.

Ələkbər kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı aktyor oldu. “Təbəssüm Ordeni”ni aktyora Kapitulasının sədri Marker Mixalak şəxsən təqdim etdi.

O, artıq çox böyümüşdü o qədər böyümüşdü ki, uşaqlar onu “Ələkbər əmi” deyə çaxırırdı. O, körpələrin sevimlisinə çevrilmişdi. Uşaqlar səbirsizliklə “Hər birimiz bir çiçək” verlişinin başlayacağı vaxtı gözləyirdi. O, bu verlişində körpə balalara xoş saatlar yaşadırdı. Onların ürəyində “Ələkbər əmi”nin xatirəsini, əbədi heykəlini yaradırdı. Bəlkə də bir gün unudulmaqdan qorxurdu...

Günlərin bir günü Ələkbər əminin dişi bərk ağrıdı. O da uşaq kimi diş həkimindən qorxurdu. Qorxurdu ki, həkim onu incidəcək. Amma başqa çarəsi də yox idi. Həkimə getdi. Stomotoloq onun ağrıyan dişini müalicə etdi. Ələkbər əmi həkimə təşəkkür edib evinə qayıtdı. Yenə əvvəl ki tək gülümsəməyə başlamışdı ki, özünü yenə də pis hiss etməyə başladı. Yaxınları onu təcili xəstəxanaya apardılar. Müayinənin nəticələrindən məlum oldu ki, sən demə diş həkiminin alətindən “əmi”nin dişinə mikrob düşüb. Mikrob onun qaraciyərində yeni evini tikib. Ələkbəri çox incidir. Mikorob böyüdükcə Ələkbər əmi özünü pis hiss edirdi, sanki kiçilirdi. O, daha bu ağrılara dözə bilmirdi. Qərara almışdı ki, göylərə getsin, xəstəliklərin olmadığı yerə...

2011-ci ilin avqustun 2-də Ələkbər əmi hamını-uşaqları, bütün sevdiklərini vidalaşmadan tərk etdi. Hələ körpələr böyüməmişdi. Hələ onların Ələkbər əmiyə ehtiyacı var idi. Körpələrində, Ələkbər əminin də nağılı buradaca bitdi. Amma bütün nağıllardakı kimi xoşbəxt sonluqla yox...
İndi o körpələr də böyüyüb. Onlar üçün heç kim “Ələkbər əmi”ni əvəz edə bilmədi. Xatirəsi silinmədi. Uşaqlar böyüdükcə içlərində ki, sevgiləri də böyüdü. İndi elə həmin uşaqlar da, kuklalar da Ələkbər əmi üçün darıxır.

Novruzda “keçəl”imiz, Yeni ildə “Şaxta baba”mız olurdu "Ələkbər əmi”miz...

Əliyeva Əfsanə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930