manera.az
manera.az

Çinarə Mustafayeva - "Uşaq" - MANERA


Çinarə Mustafayeva - "Uşaq" - MANERA

Çinarə Mustafayeva

Əli Şirin Şükürlünün "Uşaq" şeirindən təsirlənərək...

“Uşaq
(şeir-esse)

Əgər intellekt ədəbiyyata gətirilibsə, bu qlobal hadisə sayılır. Orijinal bir nöqteyi-nəzərdir. Gördüyümüz, görmədiyimiz, bildiyimiz, bilmədiyimiz hər şeyin fəlsəfəsi var. Fəlsəfədən kənarda həyat yoxdur. Buradan yola çıxaraq istənilən bir obyekti, predmeti yaxşı anlamaq üçün onun fəlsəfəsinə varmaq lazımdır. Fəlsəfi, intellektual bədii mətni yaratmaq üçün insanda səriştə əsas şərtdir.
Azərbaycan poeziyasında güclü saydığım intellektual ədəbiyyat nümunələrindən biri biri də Əli Şirin Şükürlünün “Uşaq” şeir-essesidir.
Əsərdə müəllif ana obrazıyla bir insanın zamanı qəliblərə sığdırdığının üstünü açır.
Bağrına basıb körpəsini gənc ana.
Körpəsi güləndə sevinir, ağlayanda narahatdı,
Tez əl-ayaq edir...
Narahatdır ana...
Nədir narahatlıq? Narahatlıq rahatlıqdan ayrılmaqdır, rahatlığı boğmaqdır, səksəkədir.
Nədən narahatdır ana? Övladını xoşbəxt görmək istəyir bu fani dünyada ana. O hələ heç nə anlamır, nə qədər ki anlamır, xoşbəxt olsun.
Yeni başlanğıcdı uşaq, sonda o gənc ananın bətnindən
Pərvəriş tapıb faniliyə...
Müəllif uşağın dünyaya pərvəriş tapmağını ilk, başlanğıc hesab edir. Əslində isə o bir sondur. Saflığın sonu və eyni zamanda reallığın başlanğıcı. Belə məlum olur ki, hər son bir başlanğıcdır.
Daim sona yuvarlanan, hər an yoxluğa pərçim insanın
Daim yaşamaq istəyini qismən doyduran körpələr.
Bu zaman və məkan kəsiyində ananın gözündə övladından başqa heç nə yoxdur. Övladının hər an sona yaxınlaşması narahat etmir gənc ananı. Çünki o bunu düşünmür də heç. Ana ehtimal edir ki, indi ağlayaraq və gülərək nəyisə işarə edən övladı zaman və məkanla vəhdətdə dəyişkənliyə məruz qalacaq və böyüyəcək. Bir gün ani bir yoxluq onu qorxutmur. Çünki o bunu düşünmür də heç.
Gənc ana başqa bir ananın övladıdı
O ana yaşlanıb azca,
Baxır sevincək gah qızına, gah da nəvəsinə.
Burada zaman xətti insan ömrünün ortasından keçir, insanları udur. Belə olduqda zaman həm də onlarla tərəf müqabilliyə keçir. Məsələn: zaman+insan və ya insan+zaman, zaman+həyat, zaman+sevgi, zaman+sevinc, zaman+arzu, zaman+istək, zaman+yaşamaq, zaman+yaşlanmaq...
Bu tərəf müqabilliyin fonunda bütövlükdə bir həyat fəlsəfəsi yaranır...

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031