manera.az
manera.az

Sevdiyim qəhrəman – ÇERVİYAKOV

Sevdiyim qəhrəman – ÇERVİYAKOV
Çinarə Ömray


Sevdiyim qəhrəmanların bir neçəsi haqqında yazmalı olsaydım çətinlik çəkmədən Cek Londonun “Martin İden” romanındakı bütün arzularına çatdıqdan sonra həyatın bir anda gözündə adiləşdiyini, pulun hər şeyi həll etmədiyini anlayan, xöşbəxtliyin nə dahilikdə, nə məşhurluqda, nə də var-dövlət də olmadığını dərk edən və yenidən keçmişinə qayıdıb kiçik balıqçı qayığında unudub buraxdığı xöşbəxtiyini aramağa cəhd edən Martindən yazardım. Ya da Rufun sevgisindən, məsumluğundan bəhs edərdim. Ya da ki, Lev Tolstoyun “Sergi ata” əsərindəki keşişdən yazardım. O, keşişdən ki, gənc, çılğın həyat eşqlı bir gəncin xəyanət nəticəsində sevgiyə küsmüş, həyatın mənasızlığından qaçıb kilsəyə sığınmış, qalan bütün həyatını kilsəyə bağlamış, xalq arasında hörmət qazanmış şəfaverici olan “Sergi ata” adını qazanan qəhramanı xarakterizə edərdim. O, qəhrəmanı ki, sonda yanına şəfa tapmaq üçün gələn bir xanıma aşiq olub, hisslərinə təslim olan, özüylə bacarmayan, nəticədə işlətdiyi günahın böyüklüyünü anlayıb bir səhər saqqalını qırxıb, rahib paltarını soyunub kilsəni tərk edib, həyatın mənası burda da deyil, demişdi. Və həyatın anlamını, mənasını başqa yerdə axtarmağa gedən, sanki qeyb olan Sergidən yazardım. Amma bu dəfə Çexovun “Məmurun ölümü” hekayəsindəki İvan Dimitriç Çerviyakovdan bəhs etmək qənaətindəyəm.

Bildiyimiz kimi hekayə həcminə görə balaca olsa da, əslində çox böyük mətləblərdən bəhs edir. Hekayədəki Çerviyakov obrazı, mənim diqqətimi çəkə bilib. Əslində əsərin qəhrəmanı mənim sevdiyim tip deyil, amma müəllif o qəhrəmanın simasında dövrünün bütün ikiüzlü, yaltaq insanlarını elə ifşa edib ki, bir balaca ətrafa fikir verdikdə Çerviyakovların hələ də olduğunu, yaşadığını və “yaşatdırdığını” görərsən. Cəmiyyətimizdə belələri az deyil. O tip insanların yersiz alqışları, təşəkkürləri, yaltaqlıqları, əslində hansısa məmurun, vəzifəlinin marağında belə deyil. Ancaq belələri sanki özlərini alçaltmağdan, aşağılamağdan xüsusi bir zövq alır. Düşünərək bu qənaətə gəlmək olar ki, artıq cəmiyyətimizdə Çerviyakovlaşma bir sistem şəklini alıb. Nazir prezidentə, nazir köməkçisi nazirə, məmur, nazir köməkçisinə və beləliklə “xırdalar” böyüklərə tərəf dartınaraq riyakar mövqe sərgiləyirlər. Sanki bu bir ehtiyacmış kimi bu gün ənənələşib. Yaltaqlıq sindromdur.
Bu yerdə Bəxtiyar Vahabzadənin bir qəzəlin xatırlatmaq yerinə düşər:
Nur atəşə, atəş göyə, göylər yerə möhtac,
Yerlərdəki ahəngü nizam göylərə möhtac.
Müəllif Çerviyakiyov obazını 19-cu əsrdə yaratsa da, bu tip insanların bu gün olmasını açıq-aydın görürük.
Çerviyakov ailəsinə, evinə çörək pulu qazanan kiçik bir məmurdu. O nəyin bahasına olursa olsun işini itirmək istəmir. Bütün gücüylə yapışıb işinin “qulpundan”. Bir gün operaya baxmaq üçün gedir və özündən qeyri ixtiyari asqırır.

Sonra ətrafa boylanır ki, baxsın bunun asqırmağında narahat olan yoxdur ki. Bu zaman qarşısında əyləşən generalın dəsmalla boynunu sildiyini görür. Həmən Çerviyakovun içinə bir narahatlıq yaranırr və əyilərək qarşısındakı generaldan üzr istəyir. General onun üzrünü normal qəbul etsə də Çerviyakovun narahatlığı bitmir, o rahat ola bilmir. Düşünür ki, üzrü yaxşı olmadı, yaxşı alçalmadım, gərək yenidən yaxşı alçalım ki, generalın ürəyi şad olsun. Bir daha əyilərək ondan üzr istəyir. Əslində onun yersiz üzrü və alçalması generala gərək deyildi. O, evə gəlib yoldaşına hadisəni danışanda xanımı da əsəbləşir, qanı qaralır ki, sən yaxşı üzr istəyə bilməmisən, gərək gedib təmtəraqlı şəkildə üzr istəyəsən…

Əsərdən görünür ki, bu ailə özü elə eyni düşüncə, eyni əqidə sahibidir. Əslində onları zaman, çəmiyyət belə yetişdirib, formalaşdırmışdı. Acınacaqlı haldır. Çerviyakovun xanımı onu dərhal geri göndərib, generaldan yenidən üzr istəməsini tələb edir. Bu insanın daxilən müti olmasını göstərir. General onun sifətini belə unudub, ancaq o, bu hadisəni yadından çıxara bilmir. Dəfələrlə generalın qəbuluna yazılır, üzr istənək üçün günlərlə növbə gözləyir. Məlum olur ki, general onu heç xatırlamır da. Zavallı Çeviyakov özünü xatıladanda isə general bərk qəzəblənir, üstünə qışqırır: “sən yenə qabağıma çıxdın?”
Haqqında bəhs etdiyim hekayə kiçik həcimli olsa da, məzmunca çox böyük və çox düşündürücüdür. Bütün dövrlərin insanlarının iç üzünü göstərir.
Müəllif Çerviyakovun simasında demək istəyir ki, insan adil, qürurlu olduğu kimi həm də mütidir.Heç kəs insana yaltaqlan, kiçil demir. Hər kəsin içində bütün hisslər var; yaltaqlıq, mütilik və s. Hekayənin qəhrəmanı isə öz hisslərini normal idarə edə bilmir. Ona görə də çərləyib ölür…

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31