manera.az
manera.az

"Barmaqlarımda payıza oxşayan bahar" - Kənan Hacı

📅 14.05.2015 16:03


"Barmaqlarımda payıza oxşayan bahar" - Kənan Hacı
Kənan Hacıdan yeni şeiri təqdim edirik:

Barmaqlarımda payıza oxşayan bahar

Səndən başqa hamı yandı halıma,
yoxluğunu qınadılar, a zalım.
baxıb sənə gələn yolun qarına,
dözümümü sınadılar, a zalım.
Hanı xoşbəxtliyin çinar çətiri,
bənövşə qoxulu saçların hanı?
ətri gözlərimə dolub yandırır,
bu yiyəsiz ömrün ünvanı hanı?
Daha gözüm səni görmür, a zalım,
gərək
əlifba öyrədim barmaqlarıma.
korun barmaqları görür, a zalım,
uzaqda gözünün yağışı yağır,
göynədir çatlamış dodaqlarımı.
Üzündəki külək hayandan əsir,
qəlbinin yerini unudub bahar.
Fəsillərin yeri dəyişik düşüb,
küləyə nə var ki... eləcə əsir,
əsib soyuq-soyuq üzündən keçir,
sənin gözlərində soyuyub bahar,
sənin gözlərində soyunur bahar...

Manera.az


Baxış sayı - 2 321 | Yüklənmə tarixi: 14.05.2015 16:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031