manera.az
manera.az

Hanı latın xalqı, şumer xalqı? - MANERA

Hanı latın xalqı, şumer xalqı? - MANERA Şəhla Aslan

İnternet - facebook, whatsapp… Dünyanı saran yeni bəla!

Bəlkə də “dünyanı bürüyən” deyəndə səhv edirəm. Elmi-texniki tərəqqinin bu yeni nailiyyəti bəlkə tək Azərbaycan üçün öz fəsadlarını verir, bilmirəm. Təkcə onu bilirəm ki, bıçaq sümüyə dirənib!

Gördüklərimdən bir neçə misal çəkirəm.

Tanınmış yazıçılardan birinin imza günü idi. Kitabını birini də mənə hədiyyə edərkən avtoqraf yazırdı. Xeyli əlləşəndən sonra etiraf etdi ki, artıq qələmlə yazı yazmağı bacarmır. Doğrudan da, baxanda gördüm ki, yarı kiril, yarı latınca, özü də çap hərfləri ilə yazdığı bircə sətirlik cümlədə hərfləri neçə dəfə yazıb pozub. Savadlı və ciddi yazıçımızın halına acıdım...

Gənc ər-arvad qonaq gəlmişdilər. Oturan kimi, telefonlarını çıxartdılar. Qadın evin xanımı ilə, kişi isə evin kişisi ilə “vatsap”da söhbətləşməyə başladı. Təkcə mən qaldım. Otaqda hər kəs yazışır... Bir neçə dəfə söhbəti başlasam da, onları öz yalançı dünyalarından ayıra bilmədim...

Yəqin ki, başqaları kimi, onlar da tezliklə qonaq getmək və qonaq qəbul etməyi tərgidəcəklər. Əgər buna “qonaqlıq” deyilərsə.

Gördüklərimdən misal gətirməyi saxladım. Onlar lap çoxdur. Bəlkə siz məndən də çox eşitmisiz, şahid olmusuz. Bircə düşünək ki, sonumuz hara gedir? Hara getdiyini bilməsəm də, bircə onu bilirəm ki, hara getsə də, ora- həqiqətə getmir, düzgün yola getmir.

Millətimizin ali keyfiyyətləri hamıdan üstündür. Amma mental xüsusiyyətlərimizin bəzisi bizi məhvə aparacaq. Hanı latın xalqı, şumer xalqı? Aciz idilər, savadsız idilər, ya nələri əskik idi o birilərdən? İraq-iraq bizdən, qorxum elə belə şeylərdir. Biz bir az şitini-şorunu çıxarırıq hər şeyin. Buna ifrat deyirlər. İnanmıram ki, bir alman, ya ingilis sosial şəbəkədə qaxılaraq qalsın. Təsəvvür edə bilmirəm ki, bir fransız bulaq başında çəkdiyi kababı sosial şəbəkəyə yaysın, dostları da “Nuş olsun!” yazaraq “layk” eləsin. Və ya bir isveçli cavan, öz oğlunu qucağına götürdüyü şəklini paylaşsın, tanıyan-tanımayan hamı “Allah qorusun!” yazıb “layk” eləsin.

Elə siqaretdə də, araqda da, maşında da ağını çıxardan, yəni ifrata varan xalqıq. Rifah halımız yaxşılaşdıqca büdcəmizi yönəldirik kababa, yeyib-içməyə. Yeyib-içib o qədər kökəlirik ki, təzədən pullarımızı arıqlamağa xərcləyirik.
İndi də bu kompüter canı sağ olmuş gəldi. Gəldi nə gəldi! Sanki bəla gəldi gəncliyimizə. Sağlamlıq, asudə vaxt, səmimiyyət, dəyərlər hamısı getdi. Ünsiyyətin təbii formaları artıq yadlaşıb.

Əli əleyhissəlam demişdir: “İsrafda xeyir yoxdur, xeyirdə israf”.

Nizami Gəncəvi demişdir:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.


Sabirdən isə bir başqa şey düşdü yadıma:
- Nə xəbər var, Məşədi?
- Sağlığın.

Bax, sosial-şəbəkə iştirakçılarının ünsiyyəti bundan o yana getmir. Kimsə bir şey göndərir, o birisi də barmağını düyməyə toxundurur, vəssalam. Amma, Sabirin qəhrəmanlarının ünsiyyəti, dadı, duzu bundan sondadır. Sonra məlum olur ki, Hacı Əhməd də qəzet alıb, başqa birisi nəsə etib, ona görə də onlar dini-imanı azıb, babıdır. Biz isə “Sağlığın”dan uzağa gedə bilmirik.

Qorxuram, çox qorxuram. Heç kəsin, heç bir zamanın yenə bilmədiyi millətimin tədricən aşınacağından, cılızlaşacağından qorxuram! Elmi-texniki nailiyyətin hər dönəmində sınıb geri tullanırıq. Küçələrdə, nəqliyyatda ağzı saqqızlı, qulağından qulaqcıqlar sallanan, siqaret tüstülü, beyni yazdığı statusların dumanında hərlənən, cibində kimisə yortmağa bıçağı hazır olan, 2 manat pul düzəldə bilsə axşam arağa verməyə hazırlaşan, barmaqları klavişdə, gözü ekranda olan qarnı ac, cibi boş, kəlləsi lap boş, min manatlıq telefonunu başqalarının gözünə dürtən, qəribə ləhcələri olan… nələr, nələr…

Bax, millətimi təmsil edəcək sabahkı gənclikdən qorxuram. Ləyaqətli gənclik kölgədədir, öz işləri ilə məşğuldur. İctimai həyatda passivdir. Bunlar isə fəaldır, hər yeri bürüyüb, zəbt ediblər. Sonu olacaqmı bu xaosun? ...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031