manera.az
manera.az

Xalq şairinin 70 illik yubileyi qeyd olunub | MANERA.AZ

📅 26.05.2016 12:17


Xalq şairinin 70 illik yubileyi  qeyd olunub | MANERA.AZ
Tədbirdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər


MANERA.AZ xəbər verir ki, mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb.

Qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir.
Xalq şairinin 70 illik yubileyi  qeyd olunub | MANERA.AZ
Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. Vurğulanıb ki, ədibin əsərləri insanlara yaşamaq eşqi bəxş edir, dünyaya, həyata tükənməz sevgi hissləri aşılayır. Bütün bunlar şairə tükənməz oxucu sevgisi qazandırır.

Bildirilib ki, xalqın ruhu, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas motivlərini təşkil edir. S.Rüstəmxanlının “Ömür kitabı”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş”, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” və başqa əsərləri bir sıra dillərə tərcümə olunub.
Xalq şairinin 70 illik yubileyi  qeyd olunub | MANERA.AZ
Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.




Baxış sayı - 2 118 | Yüklənmə tarixi: 26.05.2016 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031