Sabir Rüstəmxanlının yeni kitabı - "Şair və şər"– TƏQDİMAT | MANERA.AZ
MANERA.AZ xəbər verir ki, 15 oktyabr 2015-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Sabir Rüstəmxanlının “Şair və şər” adlı yeni kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində iştirak edən yazıçılar, ictimai xadimlər iştirak edərək, kitab haqqında fikirlərini bölüşdülər.
Mərasimi giriş sözü ilə xalq yazıçısı Çingiz Abdullayev açdı. O, Sabir Rüstəmxanlının yaradıcılığı haqda danışdı. Əsərdəın misallar gətirdi.
Sonra tədbiri idarəı etmək üçün söz İntiqam Qasımzadəyə verildi.
İntiqam Qasımzadə Sabir Rüstəmxanlı ilə 40 ildən çox yoldaşlıq etdiyindən, onun əsərlərindən bəhrələndiyindən bəhs etdi.
Daha sonra söz alan xalq yazıçısı Anar Sabir Rüstəmxanlıya ziddiyyətli həyatı olan Məhəmməd Hadi haqda yazdığı bu romana yüksək dəyər verdiyini dedi və yazıçıya uğurlar arzuladı.
Çıxış edənlər - Vaqif Bəhmənli, Fazil Güney, Firudin Cəlilov, Yusif Həsənbəy, Qəzənfər Paşayey, Oqtay Rza və başqaları əsər haqda xoş sözlər deyib onun məziyyətlərindən bəhs etdilər.
Sonda Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkür etdi.
Şəhla
MANERA.AZ