manera.az
manera.az

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTOLAR | MANERA.AZ

📅 10.11.2015 12:41

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTOLAR | MANERA.AZ
manera.az
Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Dövlət Musiqili Teatrında A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev başda olmaqla nazirliyin rəsmi şəxsləri və bir çox mötəbər qonaqlar – aktrisanın sənət dostları, ölkənin tanınmış ziyalıları, bir sıra teatrların nümayəndələri iştirak ediblər. Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib. Belə ki, yubiley tədbiri çərçivəsində A. Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTOLAR | MANERA.AZ

Teatrın foyesində Afaq Bəşirqızının və böyük gülüş ustası Xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılığını özündə əks etdirən foto-sərgi təşkil olunub. Tamaşadan öncə cənab nazir Əbülfəs Qarayev və digər qonaqlar sərgi ilə tanış olublar.

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunub - FOTOLAR | MANERA.AZ

“Sənətimi dəyərləndirən, bu xüsusi gündə məni tək qoymayan, tədbirdə iştirak edən, başda hörmətli nazirimiz Əbülfəs müəllim olmaqla hər kəsə minnətdarlığımı bildirirəm. Bundan sonra da tearımızın, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı üçün var gücümlə xidmət edəcəyəm”, - deyə A. Bəşirqızı söyləyib.
Qeyd edək ki, “Toya bir gün qalmış” tamaşasının quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac Əlili, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər. Tamaşaçıların maraqla izlədiyi bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

MANERA.AZ


Baxış sayı - 1 539 | Yüklənmə tarixi: 10.11.2015 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031