Tanrılar qəbir qazmır, ay qonşu! | MANERA.AZ
![]()
Manera.az Tural Turanın yeni şeirini təqdim edir:
Tanrılar qəbir qazmır, ay qonşu
..Elə bilirdim tanrıyam,
Hələ Yaradandan da anrıyam...
Bir gün qonşumuza bir şəhid gəldi
Qəbir qazmağa yolladılar məni də,
Qonşu uşaqları ilə birgə...
İndi ateist olan dostum pıçıldadı qulağıma
Qəbir oyuğundan daş dürtə - dürtə:
- Tanrılar qəbir qazmır, ay qonşu.
Elə o gündən bəri
Boynumda aypara çevrəli bir xaç
Sıralayırıq qəbirləri
Allahın yazdığı günə
Külüng – külüng; xarçhaxarç...
On - on beş günə bir öynə...
P.S : Elə bu dəm,
Rahat ölənlər cəhənnəm,
Yadıma Mussolini düşür;
Öləndə Yaradana tərsdən baxırdı,
Ayağından asmışdılar.
Kim bilir, bəlkə də qəsdən baxırdı!?..
19 may 2016 – Bakı
MANERA.AZ