manera.az
manera.az

Köyə diplomlu dönənlərə…ŞEİRLƏR | MANERA.AZ

Köyə diplomlu dönənlərə…ŞEİRLƏR | MANERA.AZ
Manera.az Tural Turanın şeirlərini təqdim edir:
Səhranın otel otağı

Otel otağına dönüb, indi kəndimiz,
Cavanları qaçaq,
buğa-buğa qocaları buğarsaq.
Keyfiyyət ulduzu mənfi beş,
Sıradan bir səhra oteli...
Eşələmə, o teli, bu teli; -
HD bir ponoramla bax, keç...
Nə talvar sənə doğma gələcək,
nə də mıxlı miz...
Bu kəndin qoyunları, çobanları oğursaq.

Hər gələn ucuzluq gətirir bu kəndə,
Damaltı adamlar ucuzlaşıb qaçır.
Dönənlər quduzluq gətirir bu kəndə,
Ağır damlı kişilər, çönüb cılızlaşıb qaçır.

Köyə ağappaq dönənlər köçürür adamları,
Qızları gödəldib, bəyləri çöməldib köçürürlər bu kənddən.
Bir də görəcəksən ki,
Bu dəyəli, bu pəyəli kənddə
Bir qəbir daşları qalıb, bir də binə damları...

Erməni belə qırmamışdı bu köyü,
Heç belə hənirtisiz qalmamışdı
Qartmış mamardan daş salmamış "öy"ü...
Hara küylədiniz adamları.
Bu kəndə kitab yaraşmır, demişdi atam,
Kitablar sətir - sətir işlədi,
Boşaltdı evləri dam - dam...
Oxumuşlardan bizə nə xeyir gəldi, nə inam!
Apardı qaşıq - qaşıq,
qocaltdı işıq - işıq....
Otel otağına bənzəyir, indi kəndimiz...

Arzulara keşiş ölən ikisi

Radiolar susar, sən susmazsan gecələri,
Üzündə göz yaşlarına susatdığın bir Allah baxar.
Buxarlanmamışdan hələ,
o mamır qoxulu küçələrin,
Aşağısından yuxarı tanrıtanımaz bir yaş axar...

Bax, mən səni o mamırlı tində itirdim,
hunay tanrısı;
əlikəsik bir gecədə, saat üçün yarısı.

Sənə dediyim,
tikan çıxardığım
o son söz də yadımdadır hələ;
“Bir körpələrin, bir də fahişələrin
Üzündən inandığın Allah baxar”.

Bəlkə də, bu sözlərə müvafiq
Hərəmiz ürəyimizdə bir rəqəm tutmuşduq,
... və iki şam.
Səndən sonra bir bəndlik şeir də yazdım o axşam:

“O gedəndə baharın toy gecəsiydi,
Buzbulaq sətirlərin mey gecəsiydi.
Gəlmişdi əlində “Gidiyorum bu”,
Saftrik şamanın key gecəsiydi”...

Hər il bu şeirin ildönümündə,
Ah Muhsin Ünlü oxuyuram mən də...

P.S: ... Səndən sonra xaç ortası hilal kimiyəm,
Arzulara keşiş ölən,
bir abbaslılıq hambal kimiyəm.

Köyə diplomlu dönənlərə…

(Hər işsiz köydə bir gerçək var)

Şəhərdən kəndlərə axışan kimi,
İslatdı fırçanı şallı qarılar.
Kişilər tinlərə yığışan kimi,
Bizi başı üstə mismarladılar.

İllərlə bir köyün manşeti olduq,
Künclərə çəkildik, köşə yazdılar.
Hərəmiz bir adın sifəti olduq,
Biz gözdən itdikcə başa yazdılar.

Tüllü pərdələrdən öz adımızın
Dombalı şəklini az oxumadıq.
Adı adımıza tərkin edildi,
Çiyini səhəngli bir yazıq qızın.

...Bizi gözləyirmiş kənd arvadları,
Əlində upuzun alın yazısı.
Kəndlərdə işləmir tanrı yazanlar,
Döyür köylülərin “qalın yazı”sı...

Biz onlar yazanı yaşayıb öldük,
Sonra da atdılar tanrının üstə.
Diplom tək toz basıb “qajıyıb” öldük,
Bir ovuc dilçəksiz qarının üstə...

Arxasınca su at yazılarımın...

Arxasınca su at yazılarımın,
Su düşsün, oxunmasın, bir hərfi belə.
Zövqə nə toxluğu,
Mayası yarımın?!..
Üç sevgiyə doğulur şeirlər hələ...

Tələsmə, şairə gəlin gələn qız,
Hələ ki, mərəkdən qaçan vaxtıdı.
Bükülüb atılır yazdığı kağız,
Şərəbı mürəkkəb tək
içən vaxtıdı.

Axsayan bir aşıq tap, sən ən yaxşısı,
Onlar çınqıya bənd yaş ocaq gəzir.
Varaq – varaq basdırıb “övladlarını”,
İndi sənin kimidən kür uşaq gəzir.

Bizim ilk sevgimiz kənd hörüklüsü,
Yağı azalsa da, soğulmur hələ.
Sizi əkənlərin anası ölsün,
İkinci, üçüncü, “doğulmur” hələ...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031