Sabiq ombudsman: "Ölümlə hədələnirdim" MANERA.AZ
![]()
Moldovanın İctimai Palatasının rəhbəri, sabiq ombudsman Aureliyo Qriqoriu BSU-nun müəllim və tələbələri ilə görüşüb.
Tədbiri giriş sözüylə açan BSU-nun rektoru, professor Asif Hacıyev gənclərlə bu cür görüşlərin keçirilməsinin elm və təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Moldova Respublikasının Ombudsmanı olduğu 2008-2015-ci illərdə Aureliya Qriqoriunun obyektiv və ədalətli fikirləri ilə dünya ictimaiyyətinə tanındığını deyən rektor qonağın separatçı Ermənistanın işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında da mühüm səylər göstərdiyini vurğulayıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Aureliya Qriqoriu qeyd edib ki, Azərbaycan dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdəndir.
Sonra xanım A. Qriqoriu 2013-cü ildə Ermənistan Konistusiya Məhkəməsinin İrəvanda keçirdiyi belnəlxalq konfransdakı çıxışı barədə söz açıb. O çıxışında Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalı soyqırımını törətməkdə günahlandırdığını deyib:
- Konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bəyan etdim ki, bu ölkənin 25 ildən çoxdur 20 % torpaqlarını işğal altında saxlaması əsl təcavüzdür və bu hərəkətlər beynəlxalq hüquqa ziddir. Beynəlxalq tədbirdə olmağıma baxmayaraq mənim bu cür çıxışım işğalçı ölkədə anlaşılmaz aqressiv münasibətlə qarşılandım. Ermənilər tərəfindən müxtəlif təzyiq və təhdidlərə məruz qaldım. Mənim həyatım təhlükə qarşısında idi, ölümlə hədələnirdim. Başqa ölkələrdən olan nümayəndələrin köməyi ilə Ermənistanı tərk edə bildim.
Moldovalı qonaq Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olmasını arzu etdiyini dilə gətirib, iştirak etdiyi Beynəlxalq Elmi Konfransı yüksək səviyyədə təşkil etdiyi üçün BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda xanım A. Qriqoriu ona ünvanlanan çoxsaylı sualları cavablandırıb, BSU kollektivinə uğurlar arzulayıb.
MANERA.AZ