manera.az
manera.az

Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib MANERA.AZ

📅 02.10.2015 23:17

Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib MANERA.AZ
Oktyabrın 2-də Azərbaycanın əməkdar incəsənət xadimi, “Şöhrət ordeni”li, Respublika Dövlət mükafatı laureatı Natiq Rəsulzadə ilə Bakı Slavyan Universitetində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq Azərbaycanın müasir ədəbiyyatının görkəmli nümayəndəsi Natiq Rəsulzadəni mərasim iştirakçılarına təqdim edib. Rektor yazıçı ilə belə görüşlərin gələcəkdə silsilə olaraq təşkilinə ümid etdiyini vurğulayıb.
Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib MANERA.AZ

Azərbaycanın Respublikasının Millətlərarası, Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Bakı Slavyan Universitetinin belə ənənəvi yaradıcı görüşlərin təşkilini davam etdirməsindən məmnunluğunu dilə gətirib: ”Sevindirici haldır ki, Bakı Slavyan Universiteti öz ənənələrinə sadiq qalaraq gənc nəsli yaradıcı yaşlı nəsillə daim görüşdürür. Yaradıcı insanlarda daxili ehtiyac olur ki, yazmaq istədiklərini, öz düşüncələrini insanlarla bölüşsünlər. Belə görüşlər yazıçıya daha çox bu imkanı verir. Həm yazıçı mənəvi zövq alır, həm də tələbələr onu daha yaxından tanıyırlar. Natiq Rəsulzadənin yaradıcılığı hamıya yaxşı tanışdır. O, müasir Azərbaycanı, eyni zamanda Sovet dövründəki Azərbaycan həyatını gözəl bilən, tarixini, adət-ənənələrini, kədəri, gülüşü öz əsərlərində hərəkətə gətirməyi bacaran yazıçıdır”. Dövlət müşaviri qeyd edib ki, N. Rəsulzadənin əsərləri həm rus, həm də Avropa oxucusunda Azərbaycan barədə geniş təəssürat yaradır. Kamal Abdullayev bu gün multikultural əhvalda yaşayan Azərbaycan xalqının hələ qədim dövrlərdən bəri həmin ideyalarla yaşadığını vurğulayıb:” ”Kitabi-Dədə Qorqud”dan bu günə qədər elə bir yazıçı yoxdur ki, onun əsərlərində mərhəmət, şəfqət hissi aşılanmasın. Natiq Rəsulzadə də həmin yazıçılardandır”.

BSU-da qonaq olmaqdan məmnunluğunu bildirən yazıçı Natiq Rəsulzadə çıxışında öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb: ”Yazıçıların gənc oxucuları ilə görşüməsi çox vacibdir. İnsan nə qədər tanınmış olursa olsun, gənclərlə ünsiyyət zamanı onlardan həmişə nəsə öyrənir. Çünki gənclər daha cəsarətli olur, dünyaya tamam başqa gözlə baxırlar. İnsanların əhatəsində olmayan, dünyagörüşü az olan yazıçı heç vaxt maraqlı əsər ərəsəyə gətirə bilməz. Yazılarımda sadə sözlərdən daha çox istifadə edirəm. Bu oxucunun qəlbinə daha yaxşı yol tapa bilir”.

Universitet əməkdaşları tənqidçi Rüstəm Kamal, ədəbiyyatşünaslar Fikriyyə Muradova, Maya Qasımova və b. Natiq Rəsulzadənin yaradıcılığına öz münasibələrini bildirib və onun bu günümüz üçün aktual olan cəhətlərinə diqqəti yönəldiblər.

Canlı polemika şəkildə keçən görüşün davamında yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb.

Aytəkin Qardaşova


Baxış sayı - 2 067 | Yüklənmə tarixi: 02.10.2015 23:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031