manera.az
manera.az

“Like” düyməsi | MANERA.AZ

“Like” düyməsi | MANERA.AZ
MANERA.AZ Zakir Məmmədin yazısını təqdim edir:


“Like” düyməsi


Feysbukda ədəbiyyat söhbətlərinin yenidən formatına ehtiyac olduğunu düşünürəm. Bu mənada ki, “like” düyməsinin ləğvi ilə işlərin bir hissəsini yoluna qoymaq olar. Hazırda şəbəkə daxilində ayrı-ayrı qrup və cərəyanların, dəstə və bandaların fəaliyyət göstərdiyini bilməyən, görməyən yoxdur. Necə deyərlər, hərənin öz kruqu var. Bu cəbhələşməni açıb göstərən, hətta ona rəvac verən səbəblərdən biri həmin o “like” düyməsidir.

O düymə vasitəsilə bəziləri xala-xala oynayır, bəziləri xətir-hörmət duyğularını nümayiş etdirir, bəziləri də o düymənin sayəsində qatı düşmənə çevrilirlər. Təəssüf ki, həmin o “like” düyməsi indi insanların çox emosional bir əzasına çevrilibdir. Əgər o düymə öz funksiyasını dayandırarsa, qrup və dəstələrin açıq və qabarıq şəkildə nümayiş olunması hadisəsi baş verməz, bir yandan rəy və şərhlərə daha çox yer ayrılar, yaradıcı fəaliyyətin səmərəliliyi artar, bir yandan da, sosiumlar arasında qarşıdurmalar minimum həddə qədər enər, “dostlar” bir-birindən inciməzlər.

Feysbukun uzmanları, yəqin ki, bütün işarələri düzüb-qoşarkən birinci növbədə öz gəlir-çıxarlarını nəzərə alırlar. Amma bir tərəfdən də geniş bir toplumda qarşıdurmalar, inciklik və umu-küsülər gün-gündən çoxalır, mənəvi travma və zədələr insanları şikəst qoyur. Əgər o “like” düyməsi olmasa, qrupların, cərəyanların, üslubların bir-birinə, əlbəttə, ədəbi yox, sosial inteqrasiyası baş verər, ən azı mənası, məzmunu sərgilənməyən bir sükut ictimai “asayişə” nəzarət edə bilər. İndi daha bir yenilik də edərək “like”ni növlərə ayırıblar. Məsələn, layk zamanı seçim edərkən “bəyən” və “sevgi” işarələri arasında düşüncələrə dalmaqla feysbuk əlavə vaxt əldə etsə də, tərəf-müqabillər arasında daha həssas anların yaşanması və qarşı tərəflərin məsələyə münasibəti vəziyyətin gərginləşə biləcəyi konusunda risklər yarada bilər. Həmin o “like”nin ortalıqdan götürülməsi saytların da fəaliyyətinə müsbət təsir edə bilər. Məsələn, bir yazıçının unikal bir statusuna, ya şairin gözəl misralarına indiki halda bir “bəyən”lə münasibət bildirib vəziyyətdən çıxmaq mümkündür. Amma yeniliyə nail olunsa, yəni təklif etdiyim qayda tətbiq olunsa, yazarlar bir-biri barədə geniş rəy və məqalələr yazmağa təşəbbüs göstərərlər.


Artıq feysbukda layka vaxt sərf etmədən çalışan ədəbi çevrələrin və fərdlərin sırası gündən-günə çoxalır. Yəqin ki, get-gedə statusun “bəyənilmədən” bəyənilməsi təcrübəsi daha da genişlənə və şəbəkə daxilindəki ünsiyyət daha səmimi və şəffaf yanaşmalarla davam edə bilər. Bir sözlə, sosial şəbəkəyə daha ciddi münasibət göstərilməklə cəmiyyətin elmi, ədəbi, siyasi və s. cəhətdən maarifləndirilməsi sahəsində nailiyyətlər əldə oluna bilər.

Bir feysbuk statusumda yazmışdım ki, ölkə TV-lərin vurub dağıtdıqlarını sosial şəbəkələr qaydaya salmaqla məşğul olur. Yeni media adlandırılan sosial şəbəkə bütün dünyaya nəzarəti həyata keçirməklə çağın nəbzini tuta bilir və planetdə baş verənləri anındaca dəyərləndirməyi bacarır. Ona görə də danışmağa danışmaqla cavab vermək lazım gəlir.





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930